AZ

 “Real Madrid”dən geri dönüş: oyun 115 dəqiqə davam etdi - QOLLAR

UEFA Çempionlar Liqasında ikinci finalçı bəlli olub.

Ölkə.Az xəbər verir ki, yarımfinal mərhələsinin digər cavab oyununda Almaniya “Bavariya”sı İspaniyada “Real Madrid”lə qarşılaşıb. Görüş "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 68-ci dəqiqədə qonaqların heyətinə Alfonso Deyvis açıb. Lakin Madrid təmsilçisi 88-ci və 90+1-ci dəqiqədə Xoselunun vurduğu qollarla geri dönüş edərək qalib gəlib.

İlk görüşdə məhsuldar heç-heçə (2:2) qeydə alındığı üçün Karlo Ançelottinin komandası adını finala yazdırıb.

Qeyd edək ki, "Real Madrid"in finaldakı rəqibi Almaniyanın “Borussiya Dortmund” komandası olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
olke.az

10Mənbələr