AZ

Çempionlar Liqası: “Real Madrid” finala yüksəldi

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Real Madrid” doğma meydanda “Bavariya” ilə qarşılaşıb.

Yenisabah.az xəbər verir ki, “Santyaqo Bernabeu”dakı matç olduqca maraqlı alınıb.

Matçın 68-ci dəqiqəsində münhenlilərin müdafiəçisi Alfonso Devis komandasını hesabda irəli çıxarıb. Lakin Joselunun 88 və 90+1-ci dəqiqələrdəki dublu sayəsində sevinən tərəf ispanlar olub - 2:1 (4:3).

Xatırladaq ki, ilk oyunda komandalar 2:2 hesabı ilə bərabərə qalıblar.

Beləliklə də, finalda kral klubunu PSJ-ni məğlub edən “Borussiya” gözləyir.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
1
Mənbələr
Şərh ()
Bağla