AZ

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

BMT Baş Assambleyasının 2015-ci il 25 sentyabr tarixli A/RES/70/1 nömrəli qətnaməsi ilə növbəti 15 il müddətinə insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığını təmin edilməsinə təkan verəcək 17 məqsəd və 169 hədəfdən ibarət olan “Gündəlik 2030” proqramı təsdiq edildi.

Dayanıqlı İnkişaf Məqsədləri davamlı inkişafın ekoloji, sosial və iqtisadi aspektləri arasındakı əlaqəni vurğulayır.

Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın möhkəmləndirilməsi, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviqi, ətraf mühitin çirklənməsinin azaldılması yönündə olub.
Dayanıqlı İnkişaf Sammitindən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişafı üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın yaradılması ilə ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə yönəlmiş bir sıra layihələr təşkil edilib. 2018-ci ilin 25 oktyabrında dayanıqlı inkişafa dair Bakı forumu gerçəkləşdi. Bir çox xarici aidiyyəti qurumlara ev sahibliyi edən bu forum 2030-cu ilədək DİM üzrə prioritet istiqamətləri müəyyən edib.

Son illərdə ölkəmizdə iqtisadiyyatın müxtəlif sferalarına xarici investisiyaların cəlb olunması, kiçik və orta sahibkarlığın iqtisadi artımı, qeyri-neft sektorunun iqtisadiyyatın mərkəzinə çevrilməsi və məşğulluq səviyyəsinin artırılması ilə bağlı əsaslı işlər görülüb.

Nəticə etibarı ilə son 5 ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) istehsalında qeyri neft-qaz sektorunun payı artıb. 2023-cü ildə 66% olan bu iqtisadi göstəricinin 2024-cü il üzrə daha 2% artaraq 68% olacağı gözlənilir. Bundan əlavə olaraq ölkəmiz yaxşı səhiyyə və rifah, keyfiyyətli təhsil, yoxsulluğa son, təmiz su və sanitariya, davamlı şəhərlər və icmalar, məsuliyyətli istehsal və istehlak, iqlim dəyişikliyinə qarşı mübarizə məqsədləri üzrə verdiyi töhfələrə əsasən, 2022-ci ildə “Davamlı inkişaf məqsədləri indeksi”ndə 5 pillə irəliləyərək 50-ci yerdə qərarlaşıb.

BMT-nin İqlim dəyişikliyi üzrə 29-cu konfransının, yəni COP29-un Azərbaycanda keçirilməsi Dayanıqlı İnkişaf Məqsədlərinin 13-cü məqsədinə (iqlim dəyişikliyinə qarşı mübarizə) töhfə verməsi ilə yanaşı olaraq ölkənin daha yaşıl, dayanıqlı bir iqtisadiyyata keçidini daha da sürətləndirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13729
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11065
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9098
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2943
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2482
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2216
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2084
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2060
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1831
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1545
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1034
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
753
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
664
Azərbaycan nefti ucuzlaşdı
664
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
650
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
645
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
606
Arda Gülər dayanmır, yenə fərqləndi -
585