AZ

Gündə bir cildə girən Gültəkin Hacıbəyli kimlərin sifarişini icra edir?

Bütün hadisələrdən öz şəxsi məqsədləri və siyasi iddiaları üçün sui-istifadə etməyə çalışan radikal müxalifət təmsilçiləri hər zaman olduğu kimi, bu gün də nəsə iddia etmək üçün “fürsət” axtarırlar. Bu prosesdə AXCP sədri Əli Kərimli ilə yanaşı “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli da “fəallıq” göstərir. Şübhəsiz, onun bu “fəallığı” xarici havadarlarının diktəsindən, pul kisələrindən irəli gəlir. Ermənipərəst mövqeyi ilə seçilən bu xanım  hələ də suyunu içdiyi, çörəyini yediyi ölkəsinə xəyanət etməkdə, onu dünya miqyasında gözdən salmaqda davam edir.

Əlqərəz, radikallaşmış Gültəkin Hacıbəyli indi də israr edir ki, guya “müxalif siyasətçi” Tofiq Yaqublu heç bir əsas olmadan 5 aydır ki həbsdədir. Üstəlik, bildirir ki, guya onun həbsində ortaya qoyulacaq sübut, fakt və yaxud faktabənzər bir şey yoxdur. Halbuki,  T.Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur. Yəni, göründüyü kimi, ortada konkret faktlar var.  Onunla bağlı son qərarı da məhkəmə verəcək. Gültəkin  Hacıbəyli bilməmiş deyil ki, kimsə məhkəmənin işinə qarışa bilməz. Bu isə o deməkdir ki, bu xanım üçün Azərbaycan qa­nunvericiliyini pozaraq həbsə düşmüş şəxs anlayışı yoxdur. Odur ki, kimi sifariş verirlərsə, onu si­yasi məhbusa “çevirməyə” çalışır. Şübhəsiz, Gültəkin Hacıbəyli  bununla  özünü gülünc günə qoyur. Görünür, belə bir hala düşmək üçün yalnız və yalnız Gültəkin Hacıbəyli olmaq kifayət imiş.

Şübhəsiz,  Gültəkin Hacıbəylinin “canfəşanlığı”  Tofiq Yaqublu ilə bağlı deyil. O, sadəcə, bu kimi qondarma iddiaları ilə ermənipərəst havadarlarının sifarişlərini yerinə yetirməyə və bununla da daha çox qazanc əldə etməyə çalışır.  Amma bu zavallı xanım hələ də anlamır, yaxud anlamaq istəmir ki, artıq belə gedişlərinin  heç bir perspektivi yoxdur. Şübhəsiz,  uzun illərdən bəri anti-Azərbaycan dairələrlə gizli əməkdaşlıq edən Gültəkin Hacıbəylinin bu cəhdinin də digərləri kimi fiaskoya uğrayacağı şəksizdir.

Bu, bir faktdır ki, bu gün Azərbaycanda ümumiyyətlə, siyasi məhbus yoxdur. Başqa sözlə desək, ölkəmizdə siyasi baxışlarına, siyasi davranışlarına görə indiyə kimi heç bir şəxs məsuliyyətə cəlb edilməyib.  Bunu dövlətimizin rəsmiləri də çıxışlarında dəfələrlə vurğulayıblar. Sadəcə, törətdikləri bu və ya digər cinayətlərə görə həbs olunanlar var. Yəni, ölkəmizdə kimsə siyasi baxışlarına görə həbs olunmur. Amma görünən budur ki, İkinci Qarabağ müharibəsindəki tarixi Zəfəri ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə öz suverenliyini tamamilə bərpa edən, müstəqil siyasət yürüdən, hazırda işğaldan azad etdiyi ərazilərdən genişmiqyaslı abadlıq-quruculuq işləri aparan, Cənubi Qafqaza sülh gətirən Azərbaycanın nailiyyətlərini həzm edə bilməyən Qərbin bəzi siyasətçiləri, o cümlədən bəzi qurumlar Gültəkin Hacıbəylinin bu kimi iddialarından ölkəmizə siyasi təzyiq vasitəsi kimi faydalanmağa çalışırlar. Guya bütün bunları Gültəkin Hacıbəyli bilmir? Əlbəttə, bilir, özü də çox yaxşı bilir. Əslində  Gültəkin Hacıbəyli  onu da yaxşı bilir ki, Qərbin Azərbaycana qarşı sərt mövqeyi nə demokratiya, nə də insan haqları ilə bağlıdır. Sadəcə, Gültəkin Hacıbəyli ona verilən təlimat və tezislərə uyğun olaraq Azərbaycanın adını ləkələməyə və bu yolla sərvətini artırmağa çalışır. Elə bu kimi səbəblərdən də o, ölkəmizə qarşı qərəzli mövqe sərgiləyənlərin əllərində oyuncaq kimi oynamaqdan xoşhallanır.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14023
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11182
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9156
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2998
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2555
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2277
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2168
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2120
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1836
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1601
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1166
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
769
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
765
Azərbaycan nefti ucuzlaşdı
723
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
673
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
670
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
620
Arda Gülər dayanmır, yenə fərqləndi -
591