AZ

Elçin Əmirbəyov BMT baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BMT-nin baş katibinin köməkçisi, dünya təşkilatının siyasət üzrə iş və proqram dəstəyi Bürosunun direktoru Markos Neto ilə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) müzakirə edib.

Demokrat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan nümayəndəliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Neto BMT-nin İnkişaf Proqramının COP29-un uğurla keçirilməsinin təmin edilməsində Azərbaycana yardım etmək öhdəliyini bir daha təsdiqləyib.

Xatırladaq ki, BMT baş katibinin köməkçisi eyni zamanda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə də görüşüb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
268
50
demokrat.az

10Mənbələr