AZ

“Nəqliyyat dəhlizləri Azərbaycana yatırılan investisiyaları artıracaq”

Yeni və mövcud ticarət dəhlizləri Azərbaycanda növbəti onillikdə investisiya artımının mühüm sahəsi olacaq. "APA" xəbər verir ki, bu barədə "Fitch Solutions" (FS) şirkətinin hesabatında qeyd edilib. FS analitikləri hesab edir ki, Şimal-Cənub və Orta Dəhliz boyunca əhəmiyyətli ticarət infrastrukturunun inkişafı ixracı və tranzit ödənişlərindən dövlət gəlirlərini artıra bilər.

Qeyd edilib ki, Rusiya-Ukrayna haribəsi Çini rkəzi Asiya Qafqaz vasitəsilə Avropaya birləşdirən Orta hliz ticarət marşrutuna qlobal marağın yenidən artmasına b olub:

"Dünya Bankı hesab edir ki, Orta Dəhliz üzrə ticarət həcmi 2030-cu ilə qədər üç dəfə artacaq. Azərbaycan Xəzər dənizi sahili sayəsində Mərkəzi Asiyanı Qafqaza, oradan da Avropaya birləşdirən bu ticarət yolunun mühüm hissəsi olacaq".

Bundan əlavə, Rusiya İranla ticarəti artırmaq və cənuba əmtəə ixracını artımaq üçün Şimal-Cənub dəhlizi boyunca infrastrukturun yaxşılaşdırılmasında maraqlıdır:

"Həqiqətən də, 2023-cü ilin martından 2024-cü ilin fevralına qədər Azərbaycan və İran arasında dəmir yolu yükdaşımaları 28% artıb, Rusiyadan Azərbaycana idxal da illik müqayisədə 16% artaraq 3,2 milyard ABŞ dollarını keçib. Azərbaycanın Şərqlə Qərb, Şimal və Cənub arasında strateji kəsişmə nöqtəsində yerləşən coğrafi mövqeyi onun Qoşulmama Hərəkatının sədri kimi geosiyasi mövqeyini təqdir edir. Məsələn, 2017-ci ildən tikintisi davam etdirilən Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun 2023-cü ilin oktyabrında açılışı olub, eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolunun təkmilləşdirilməsi işləri 2024-cü ildə başa çatdırılıb".

FS-nin açıqlamasında həmçinin qeyd edilib ki, dəyişikliklər, ticarət həcminin daha çox artacağı ilə bağlı gözləntilər Çin və Avropa İttifaqı arasında Orta Dəhliz marşrutu ilə yükdaşıma qabiliyyətini beş dəfə artıracaq:

"Biz bununla bağlı sabit sərmayənin əvvəlki onillikdəki 3% azalmadan, növbəti beş ildə orta hesabla illik 6,3% artacağını proqnozlaşdırırıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14023
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11186
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9156
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3006
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2555
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2277
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2168
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2120
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1837
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1609
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1166
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
769
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
765
Azərbaycan nefti ucuzlaşdı
723
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
673
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
670
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
620
Arda Gülər dayanmır, yenə fərqləndi -
591