AZ

Yayda “Qəbələ"də “yarpaq tökümü” olacaq - Səbuhi Səfiyarlı: “Özləri də başa düşür ki, biz o maaşı verə bilmərik”

“Qəbələ”nin sonuncu olacağı aydındı.

Sirr deyil ki, klub aşağı dəstənin biraddımlığındadı. Yeganə çıxış yolu AFFA-nın çempionatın formatında dəyişiklik etməsidi ki, buna da nəinki rəhbərlik, komanda üzvləri də inanmır. Belədə rəhbərlik aşağı liqa üçün tədbirlər görməyə başlayıb. Azarkeşlər zəif nəticə göstərən futbolçulardan, xüsusilə də bəzi legionerlərdən kəskin narazıdı.

Hazırda heyətdə mövsümün sonunda müqavilə müddəti bitəcək futbolçular var. Onsuz da ötən mövsüm heyətdə olan aparıcı futbolçuların çoxunu itirən “Qəbələ” bu yay da radikal dəyişikliyə məcburdu. Bəs “qırmızı-qaralar”la yayda sağollaşacaq futbolçular kimlərdi?

Heyətdəki 12 əcnəbidən ikisi bir ay əvvəl yola salındı. İsrailli futbolçular Gilad Abramovla Feras Abu Akal müəyyən şərtlər qarşılığında ölkələrinə qayıtdılar. Qalan 10 legionerdən beşinin anlaşması bu ayın sonuna qədərdi. Bunlar Əyyub Allaş, Ahmed Ayzaya, Lukas Afriko, Yaovi Akakpo və Osama Xalayladı. Yerli futbolçulardan isə Rəşad Əzizli, Elməddin Sultanov, Hüseyn Mürsəlov, Asif Məmmədov, Mehrac Baxşalı və Rauf Hüseynlinin sözləşməsi  yayda başa çatacaq.
Reallığa baxsaq, yüksək maaşla elitada çıxış edənlər qat-qat aşağı məbləğə aşağı liqada oynayan “Qəbələ”də forma geymək istəməyəcəklər. Ayrılmaq ehtimalı yüksək olan digər legionerlərin  razılaşmasına da nəzər yetirək. Bilel Auaşeriya, Zurab Oçiqava, Samuel Tetteh və Kristof Atanqana ilə müqavilənin müddəti 2025-ci ilin yayında başa çatacaq. Bu ilin yanvarında komandaya cəlb olunan Klesio Bauk 2026-cı ilin yayına qədər “Qəbələ”yə məxsusdu. Bəs “Qəbələ” rəhbərliyi kimləri göndərmək, kimləri saxlamaq istəyindədi? Klubun idman direktoru Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq:
“Komanda sonuncu yerdə olduğu üçün növbəti mövsüm 1-ci liqada mübarizə aparacaq. Buna görə də yüksək ödənişli futbolçuların heç birini saxlaya bilmərik. Legionerlərlə birmənalı şəkildə müqavilə müddəti uzadılmayacaq. Ona görə ki, aşağı liqada oynasaq, bizim üçün böyük məbləğ ödəmək mümkünsüz olacaq. Yerli futbolçulardan bəzilərinə təklifimiz olacaq. Əlbəttə, maaşda ciddi fərq qaçılmazdı. Kimsə qalıb oynamaq istəsə başqa, amma çıxıb getmək istəsə belə, sözümüz yoxdu. Təbii ki, bu şərtləri heç kim qəbul etmək istəməyəcək. Müqayisə edəndə büdcədə 10 dəfə fərq olması əsas səbəbdi. Əksər futbolçu yəqin ki qalmaz, böyük qismi ilə yollarımız ayrılacaq. Təkcə biri bizə birinci liqada oynamağa razı olduğunu deyib. Başqaları ilə belə danışıq olmayıb”.


Bu halda növbəti “futbol ili”nə qədər “qırmızı-qaralar”la sözləşməsi olanları hansı aqibət gözləyir? Səbuhi bəyin sualımıza cavabı belə oldu:
“Bəzilərinin müqaviləsində belə şərt var ki, komanda yalnız premyer-liqada oynasa, müqavilə qüvvədədi.  Belədə bəziləri ilə müqavilə avtomatik pozulacaq. Kimdə həmin bənd yoxdusa, danışıb, razılığa gələcəyik. Özləri də başa düşür ki, büdcə dəyişirsə, biz o maaşı verə bilmərik”.


RÖYANƏ OĞUZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13550
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10821
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9018
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2876
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2432
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2187
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2028
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1825
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1707
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1510
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
964
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
739
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
663
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
632
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
602
Azərbaycan nefti ucuzlaşdı
586
Arda Gülər dayanmır, yenə fərqləndi -
578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
573