AZ

Azərbaycanla Türkiyə arasında fəaliyyət planı qəbul edildi

Bu gün Ankara şəhərində Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında 120 maddəlik fəaliyyət planı qəbul edilib.Metbuat.az-ın Report-a istinadən xəbərinə görə, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada Türkiyə Palatalar və Birjalar Birliyində (TOBB) keçirilən Biznes Forumunda çıxış edərkən bildirib.O, deyib ki, bu fəaliyyət planlarının Azərbaycanla Türkiyənin iş adamları arasında əməkdaşlığı, ticarəti genişləndirəcəyinə ümid edir:“Ölkələrimiz arasındakı ticarəti asanlaşdırmaqdan ötrü gömrük və logistika fəaliyyətlərini sadələşdirmək üçün razılıq əldə etdik. Sadələşdirilmiş gömrük əlaqələri üçün ən qısa zamanda çalışmalar planlaşdırdıq".

C.Yılmaz Azərbaycanın qeyri-neft sektorunun inkişafına önəm verməsini təqdir edib: “Azərbaycan sahib olduğu təbii sərvətləri dəyərləndirir, buradan əldə etdiyi maliyyə imkanlarını qeyri-neft sektorunun genişləndirilməsinə sərf edir. Bu yanaşmanın çox məntiqli olduğunu düşünürük və təqdir edirik. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində özəl sektorun müsbət rol oynayacağına, Türkiyə və Azərbaycan arasındakı qarşılıqlı əlaqələrin bölgəmizə və Türk dünyasına da nümunə olacağına inanıram. Ümid edirəm ki, Cənubi Qafqazda sülhün bərpasında birgə fəaliyyətimiz regional rifahın artacağına və bundan bütün ölkələrin faydalanacağına səbəb olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
15413
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11755
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9520
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3501
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2830
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2810
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2632
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2285
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1936
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1846
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1287
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
941
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
883
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
872
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
839
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
823
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
763
Mayın ilk gününün havası açıqlanıb
733
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721