AZ

“Qalatasaray” nəhənglərə uduzmayan “Sivasspor”a yerini göstərdi

Tur cümə günü iki qarşılaşma ilə start götürdü.

“Football-plus.az” xəbər verir ki, “Alanyaspor” paytaxtda məğlubiyyətdən son saniyələrdə qurtuldu. “Beşiktaş” isə ilk dövrədə səfərdə 4 cavabsız qolla məğlub etdiyi “Çaykur Rizəspor”u qəbul etdi. Rizə təmsilçisi qalib gələcəyi təqdirdə turnir cədvəlində İstanbul nəhəngini geridə qoyacaqdı. Oyun maraqlı və məhsuldar alındı. Komandalar hər hissədə hərəyə bir qol vuraraq 90-cı dəqiqəyə 2:2 ilə daxil oldular. Amma son anlarda təzyiqi artıran “Qartal” rəqibin müqavimətini qırmağı bacardı. Hücuma qoşulan mərkəz müdafiəçisi Uorrall komandasına qələbə qazandırdı. Maraqlıdı ki, 27 yaşlı ingiltərəli müdafiəçi peşəkar karyerasında ilk dəfə sol ayaqla qol vurdu. Özü də o, komandasının qol hesabını açan və zədə alan digər mərkəz müdafiəçisi Kollinin yerinə fasilədə meydana çıxmışdı. Sərdar Topraktəpə bu mövsüm “ağ-qaralar”ın başında yer almış 5 mütəxəssisin arasında orta hesabla hər oyuna ən çox (2) xal toplayan məşqçidi.

Şənbə gününün ilk oyununda “Adana Dəmirspor” elitadan düşməsi ötən tur rəsmiləşən “İstanbulspor”u səfərdə minimal hesabla məğlub etdi. Şahruddin Türkiyə çempionatında keçirdiyi 23-cü qarşılaşmada 5-ci dəfə qapısını toxunulmaz saxladı. “Kayserispor”la “Fatih Karagümrük”ün dueli məhsuldar alınsa da, qalib müəyyənləşmədi. “Trabzonspor” Qaradəniz derbisində çox zəif təsir bağışlayaraq fanatlarını məyus etdi. “Samsunspor” “Trabzonspor”u 2005-ci ildən bəri ilk dəfə məğlub etdi və tarixində ilk dəfə bu rəqibə ilk yarıda 3 qol vurdu! Abdulla Avcının komandası 90 dəqiqə ərzində rəqibin cərimə meydançasında cəmi 6 dəfə topla oynayaraq bu göstəricidə mövsümün ən zəif oyununu keçirdi. Yeri gəlmişkən, debütant “Samsunspor” evdə keçirdiyi son 12 superliqa matçında 27 xal toplayıb (8 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət). Samsun təmsilçisi bu müddətdə evdəki xal və qələbə sayında yalnız “Qalatasaray”dan (uyğun olaraq, 36 və 12) geri qalır.
“İstanbul BŞ” əla oyunlar seriyasını davam etdirir. Çağdaş Atanın komandası bu dəfə heç də zəif olmayan “Kasımpaşa”nı darmadağın edərək ardıcıl 4-cü qələbəsini qazandı. Antepdən bərabərliklə qayıdan “Hatayspor” 4 oyunluq məğlubiyyət seriyasına son qoydu. Amma komanda hələ də düşmə zonasındadı. Bazar günü əsas diqqətlər “Rams Park”a yönəlmişdi. Son 4 turda 12 mümkün xaldan 10-nu qazanan, bir müddət öncə “Fənərbaxça”nı büdrədən “Sivasspor” İstanbula iddialı gəlmişdi. Bülənt Uyğun baş məşçqçi postuna gələndən bəri bu komanda dörd nəhəngdən heç birinə uduzmamışdı. Amma “Qalatasaray” Uyğuna və komandasına yerini göstərdi! Oyuna inamlı başlayan son çempion artıq 11-ci dəqiqədə yaxşı qurulan hücumdan sonra Ziyeşlə hesabı açdı. Maraqlıdı ki, mərakeşli ulduz bu mövsüm superliqada ilk dəfə həm “Rams Park”da, həm də cərimə meydançası daxilindən qol vurdu. Fasilə ərəfəsində Mertens adını tabloya yazdırdı. Qonaqlar 2-ci hissənin əvvəllərində fərqi minimuma endirsələr də, komanda sonrakı dəqiqələrdə bu qolu vurduğuna görə peşman oldu. İkardi və Ziyeş 2 dəqiqə ərzində hərəyə 1 qol vuraraq hesabı darmadağın həddinə çatdırdı. Ziyeşin qolu mükəmməl alındı. Çox keçmədən Mertens də dublunu rəsmiləşdirdi. İkardinin qolu zamanı hesabına məhsuldar ötürmə də yazan belçikalı ulduz son 7 turda artıq 12 qolun vurulmasında yaxından iştirak edib (4+8)! Ziyeşlə Mertensin ardından İkardi də dublunu rəsmiləşdirərək yekun nəticəni müəyyənləşdirdi. Qeyd edək ki, XXI əsrdə ilk dəfə “Qalatasaray”ın birdən-birə 3 futbolçusu bir superliqa matçında dubl etdi. Beləcə “Cim-Bom” ilk dövrədə yenə bilmədiyi rəqibini darmadağın edərək növbəti dəfə bir sıra rekordları yenilədi. Okan Burukun komandası superliqada ardıcıl 16-cı qələbəni qazanmaqla turnirin özünə məxsus olan rekordunu bir qədər də yaxşılaşdırdı. “Qalatasaray”ın superliqa çəçivəsində evdəki qələbə seriyası 21, məğlubiyyətsiz seriyası 35 oyuna (33 qələbə, 2 heç-heçə) çatdı. Onu da bildirək ki, “sarı-qırmızılar” çempionatda ardıcıl 35-ci ev oyununda qol vurmaqla şəxsi rekordu yenilədilər. Əvvəlki rekord (34) dekabr 2000 – noyabr 2002 aralığında qeydə alınmışdı.

35-ci tur
Qalatasaray – Sivasspor 6:1
Ziyeş, 11; 60. Mertens, 38; 73. İkardi, 59; 85 – Canər Osmanpaşa, 54.
Qalatasaray: Muslera, Kaan Ayhan, Nelsson (Sançes, 74), Əbdülkərim Bardakcı, Kön, Kərəm Dəmirbay (Berkan Kutlu, 74), Torreyra (Vinisius, 82), Ziyeş (Tete, 82), Mertens (Kərəm Aktürkoğlu, 74), Barış Alpər Yılmaz, İkardi.
Konyaspor – Fənərbaxça ???
?????
Fənərbaxça: ?????
Beşiktaş – Çaykur Rizəspor 3:2
Kolli, 7. Raşitsa, 65. Uorrall, 90+7 – Olavoyin, 5. Əmirhan Topçu, 68.
Beşiktaş: Mərt Günok, Svensson, Nəcip Uysal, Kolli (Uorrall, 46), Əmrəcan Terzi, Salih Uçan (Oksleyd-Çemberleyn, 64), Muçi, Gezzal (Abubakar, 86), Raşitsa, Semih Kılıçsoy, Muleka (Cenk Tosun, 64).

Samsunspor – Trabzonspor 3:1
Taylan Antalyalı, 14-p. Muandilmaci, 28. Fernandes, 36-öz qapısına – Bardi, 32.
Trabzonspor: Uğurcan Çakır, Menye, Fernandes (Berat Özdəmir, 46), Baniya, Ərən Elmalı, Umut Günəş (Funtas, 70), Mendi, Pepe (Orşiç, 81), Bardi, Trezeqe (Visça, 60), Onuaçu (Enis Destan, 70).

İstanbulspor – Adana Dəmirspor 0:1
Yusuf Barasi, 10.
Adana Dəmirspor: Şahruddin Məhəmmədəliyev, İsmayıl Çokçalış, Manev, Abdulsamet Burak, Məhəmmədi, Maestro, Mişu, Mendosa (Dorukhan Toköz, 89), Yusuf Barasi (Tayfun Aydoğan, 63), Yusuf Ərdoğan (Fujeu, 80), Balotelli (Aliui, 90).

İstanbul BŞ – Kasımpaşa 4:1
Pelkas, 15. Devidson, 24; 69. Kemen, 86 – Ben Uannes, 47.

Kayserispor – Fatih Karagümrük 2:2
Mane, 3. Boa Morte, 64 – Fequli, 51. Markao, 60.

Qaziantep – Hatayspor 1:1
Ciloboci, 11 – Kilama, 15.

Ankaragücü – Alanyaspor 1:1
Xatziovanis, 10 – Oğuz Aydın, 90+5-p.

Antalyaspor – Pendikspor ???
?????

1. Qalatasaray 35 31 3 1 86-22 96
2. Fənərbaxça 34 28 5 1 89-31 89
3. Trabzonspor 35 18 4 13 61-48 58
4. İstanbul BŞ 35 16 7 12 50-40 55
5. Beşiktaş 35 16 6 13 48-42 54
6. Alanyaspor 35 12 13 10 50-47 49
7. Kasımpaşa 35 14 7 14 57-63 49
8. Çaykur Rizəspor 35 14 7 14 47-54 49
9. Sivasspor 35 12 12 11 42-51 48
10. Antalyaspor 34 11 12 11 39-42 45
11. Adana Dəmirspor 35 10 14 11 50-47 44
12. Samsunspor 35 11 9 15 40-45 42
13. Kayserispor (-3) 35 11 11 13 41-50 41
14. Ankaragücü 35 8 15 12 43-46 39
15. Fatih Karagümrük 35 9 10 16 43-45 37
16. Konyaspor 34 8 12 14 34-48 36
17. Qaziantep 35 9 8 18 40-55 35
18. Hatayspor 35 7 13 15 39-49 34
19. Pendikspor 34 7 9 18 38-70 30
20. İstanbulspor (-3) 35 4 7 24 26-68 16
Bombardirlər: İkardi (Qalatasaray) – 23, Ceko (Fənərbaxça) – 20, Manay (Sivasspor) – 18, Tiam (Kayserispor/Pendikspor) – 15.
Növbəti turun oyunları mayın 12-də keçiriləcək: Konyaspor – Samsunspor, Fatih Karagümrük – Qalatasaray, Trabzonspor – İstanbulspor, Adana Dəmirspor – Qaziantep, Sivasspor – İstanbul BŞ, Pendikspor – Çaykur Rizəspor, Hatayspor – Ankaragücü, Alanyaspor – Beşiktaş, Kasımpaşa – Antalyaspor, Fənərbaxça – Kayserispor.
***
Turun rəqəmi
96 – “Qalatasaray” xalını 96-ya çatdırmaqla Türkiyə çempionatı tarixinin xal rekordunu yenilədi! Buna qədər rekord 1988/89 mövsümündə 93 xal toplamış “Fənərbaxça”ya məxsus idi. Bu mövsümə qədər “Qalatasaray” ən yaxşı halda 90 xal toplaya bilmişdi (1987/88). Mövsümün sonuna qədər hələ 3 tur qaldığını nəzərə alsaq, “Cim-Bom” böyük ehtimalla 100 xal həddini də keçəcək.

Turun ulduzu
Mauro İkardi (Qalatasaray) – mövsümün sonuna yaxın sanki qanad açıb uçur. Argentinalı forvard bu tur komandasının vurduğu 6 qoldan 3-də yaxından iştirak edərək 2 qol, 1 məhsuldar ötürmə ilə fərqləndi. İkardi ardıcıl 7-ci turda fərqlənməyi bacardı. Bu qarşılaşmalarda onun hesabında 9 qol, 2 məhsuldar ötürmə var. 30 yaşlı futbolçunun peşəkar karyerasında indiyə qədər belə seriya olmamışdı. İkardi “Qalatasaray”da vurduğu qolların sayını 53-ə çatdıraraq Bafetimbi Qomisi (51) geridə qoydu və klub tarixinin ən məhsuldar əcnəbi oyunçuları siyahısında 3-cü pilləyə yüksəldi. İndi o, yalnız Milan Baroşla (61) George Hacidən (72) geri qalır. İkardinin indiyə qədər 55 superliqa matçında 60 qolda yaxından işitrak etdiyini də bildirək (45+15)!

Turun sitatı
Bülənt Uyğun, “Sivasspor”un baş məşqçisi:
“Qalatasaray”ı təbrik edirəm. Futbol adına çox da gözəl şeylər ortaya qoymadıq. İstədiyimiz oyunu sərgiləyə bilmədik. Hakimin oyunu belə idarə edəcəyini bilsəydim, bura Taha Akgüllə Sabahəttin Öztürkü gətirərdim. Sanki futbol yox, güləş idi. Bütün şübhəli məqamlarda rəqibin xeyrinə qərar verdi. “Qalatasaray” da ardıcıl qollar vurunca, həvəsdən düşdük və oyun intizamından qopduq”.

***

Oyundan sonra
Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“Əvvəldən sona qədər üstün oynadıq. Matçın heç bir bölümündə üstünlüyü rəqibə vermədik. Gözəl qollar vurduq. Qısası, mükəmməl oyun sərgilədik. Mövsümün sonunda top fərqi də mühüm əhəmiyyət kəsb etdiyindən çox qol vurmağımız da yerinə düşdü. Tək xal hesabında yox, top fərqində də “Fənərbaxça”dan aralandıq. Fanatlarımız həmişəki kimi möhtəşəm idi. Onların həyəcanı və coşqusu oyunçulara da sirayət edir. Çox dəyərli bir qələbə qazandıq. Oyunçularımı təbrik edirəm. Artıq növbəti oyuna köklənəcəyik. İkardini bəzi anlarda hətta 3 müdafiəçi saxlayırdı. Amma biz əla oynadığımız üçün saysız-hesabsız qol fürsəti yaratdıq. Üstəlik ötən həftə ilə müqayisədə qapımız önündə çox az qol epizodu yarandı. Konsenstrasiyamızı belə də saxlamalıyıq. Rəqiblə aradakı xal fərqinə baxmamalıyıq. Növbəti həftə “Fatih Karagümrük”lə oyuna da eyni ciddiliklə çıxmalıyıq”.


Halim Okta, “Beşiktaş”ın köməkçi məşqçisi:
“Bu gün həqiqətən çox yaxşı oynadıq. Bu performansın qarşılığı qələbə olmalıydı və son saniyələrdə də olsa, qələbə qolunu vura bildik. Oyunçularımı təbrik edirəm. Sona qədər də qələbəyə olan inamı itirmədilər. Düzdü, qolun son anlarda gəlməsi bir qədər fərqli atmosfer yaratdı. Standart zərbələrdən sadə qollar buraxdıq. Belə səhvlər olmasaydı, çox rahat şəkildə matçı bitirə bilərdik. Bu qələbə kubokun finalındakı cavab görüşü ərəfəsində bizə böyük ruh yüksəkliyi verəcək. Təbii ki, məşqçilər korpusu olaraq, futbolçular barədə raport hazırlayıb rəhbərliyə təqdim edəcəyik. Amma bunu mövsüm bitəndən sonra edəcəyik”.


Abdulla Avcı, “Trabzonspor”un baş məşqçisi:
“Həm oyun, həm də fərdi performans baxımından rəqibdən geri qaldıq. Oyuna ciddi yanaşmadıq. “Samsunspor”un oyununa eyni şəkildə qarşılıq verə bilmədik. Fasilədən sonra topa nəzarət etsək də, bu, kifayət etmədi. Rəqib layiq olduğu qələbəni qazandı. Səhv etmirəmsə, bu oyuna qədər son 11 ev matçının 7-də qalib gəmişdilər. Kubok matçına, təbii ki, tam fərqli konsentrasiya ilə çıxacağıq. Samsun keçmişi və tarixi ilə gözəl futbol şəhəridi. Bu gün bunu bir daha göstərdilər. Çox bəsit, amma effektli futbol sərgiləyirlər. 3-cü buraxdığımız qol matçın qırılma anı oldu. Çünki 0:2-dən sonra qol vuraraq fərqi azaltdıq və ümidləndik. Amma dərhal şanssız şəkildə 3-cü topu buraxdıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13525
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10795
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9014
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2875
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2416
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2183
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2028
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1825
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1646
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1510
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
962
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
737
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
663
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
632
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
602
Azərbaycan nefti ucuzlaşdı
582
Arda Gülər dayanmır, yenə fərqləndi -
578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
573