AZ

Aygün Bəylərin erməniylə görüntüləri yayıldı - VİDEO

Əməkdar artist Aygün Bəylərin erməni müğənni ilə duet oxuduğu video yayılıb.

KONKRET.az xəbər verir ki, ad günü tədbirlərinin birində İlona Nersesyan adlı Bakı ermənisi ilə səhnəyə çıxan Aygün onunla “Tut ağacı” mahnısını oxuyur.

 

Xatırladaq ki, “Tut ağacı” mahnısının orijinal sözləri Zakirə Allahverdiyevaya, musiqisi Aygün Səmədzadəyə aiddir.

Əməkdar artist Aygün Bəylərin erməni məclisində oxuyacağı ilə bağlı xəbərlər hələ ötən ilin sonlarında yayılmışdı. Bu barədə o zaman Sia.az portalında yazılan xəbərlərdə ( https://sia.az/az/news/show/382632.html ) bildirilirdi ki, “Rostovadan etibarlı mənbədən əldə etdiyimiz məlumata görə əməkdar artist Aygün Bəylər dekabr ayının 17-də Qriqori adlı erməninin məclisində iştirak edəcək. Aygün dekabrın 18-də isə “Qoluboy ozera” restoranında səhnəyə çıxacaq. Onunla sözügedən tədbirlərdə xalq artisti tarzan Firuz Əliyev də iştirak edəcək.

Məsələni dəqiqləşdirmək üçün əməkdar artistlə əlaqə saxladıq. Aygün sualımızı eşidincə dəstəyi asaraq telefonunu söndürdü. İfaçıya dəfələrlə zəng etdikdən “Bəsdirin, cavab vermək istəmirəm”-deyərək telefonu yenidən söndürdü.

Sözügedən məsələdə adı hallanan tar ifaçısı Firuz müəllimə də müraciət etdik. Firuz Əliyev bunları dedi: “Bu haqda məlumatım yoxdur. Sadəcə deyiblər ki, konsert olacaq. Mənə bilet alaraq aldadıb erməni məclisinə aparırlar. Xəbərdar etdiyinizə görə təşəkkür edirəm. Bu məclisdə iştirak etməyəcəm”.

Qeyd edək ki, əməkdar artist Aygün Bəylərin Qriqori adlı erməninin tədbirində oxumasına Rostovada yaşayan azərbaycanlılar etiraz edir.”

Başqa bir xəbərdə https://sia.az/az/news/show/382790.html isə belə bildirilirdi:

“Xəbər verdiymiz kimi Azərbaycan səhnəsini tərk edən, erməni şou-biznesinə qatılan əməkdar artist Aygün Bəylər dekabr ayının 17-də Qriqori adlı imkanlı erməninin evində düzənlədiyi məclisdə iştirak edəcək. Aygün dekabrın 18-də isə “Qoluboy ozera” restoranında səhnəyə çıxacaq.

Məsələni dəqiqləşdirmək üçün dəfələrlə Aygünlə əlaqə saxlamaq istəsək də cəhdlərimiz boşa çıxmışdı. İfaçı dəstəyi qaldıraraq “Bəsdirin, cavab vermək istəmirəm” – deyərək telefonunu söndürmüşdü.

Lakin xəbər yayıldıqdan sonra əməkdar artistin özü əməkdaşımızla əlaqə quraraq bunları dedi:

“Sözügedən konsertin erməni məclisinin olduğunu bilmirdim. Sadəcə olaraq mənə söylədilər ki, çıxış etməliyəm. Geniş araşdırmamdan sonra bəlli oldu ki, imkanlı erməni evində tədbir təşkil edib. Məni həmin məclisə dəvət edən təşkilatçıyla əlaqə saxlayaraq bildirdim ki, əgər o tədbirdə erməni varsa, mən gəlməyəcəm”.

Qeyd edək ki, Aygün Bəylər Qriqori adlı imkanlı erməninin evində düzənlədiyi məclisdə iştirak etməkdən imtina etdiyini söyləsə də, Rostovdan əldə etdiymiz məlumata görə, sənətçi artıq həmin tədbirin qonorarını alıb.”/yenilik.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12479
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9181
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8725
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2500
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2189
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1950
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1820
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1645
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1231
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1032
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
773
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
545
Arda Gülər dayanmır, yenə fərqləndi -
501
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
437
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
422
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
420
Arda dubl etdi - VİDEO
412
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
400