AZ

Konfrans Liqasında ilk finalçı məlum oldu

Bu gün UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında İtaliyanın "Fiorentina" klubu Belçikada "Brügge"nin qonağı olub.

Qarşılaşma heç-heçə başa çatıb - 1:1. Florensiya təmsilçisi ilk görüşdə 3:2 hesabı ilə qələbə qazandığından finala yüksəlib.

Yarımfinalın digər cavab matçı mayın 9-da olacaq. "Olimpiakos" Yunanıstanda İngiltərənin "Aston Villa" komandasını qəbul edəcək. Afina klubu səfərdə rəqibinə qalib gəlib - 4:2.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
50
yenisabah.az

10Mənbələr