AZ

Müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri sırasında bu gün cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradıldı. Partiyanın zamanın tələbi, xalqın istəyi ilə yaranması o illərin reallıqlarının aydın mənzərəsini yaradır. 91 nəfər ziyalının xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində Azərbaycanın o illərdə hansı təhlükələrlə, faciələrlə üz-üzə qaldığı, ayrı-ayrı sahələrdə vəziyyətin ağırlığı əsaslı şəkildə qeyd edilərək bu mühüm məqam xüsusi vurğulandı ki, uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə əsaslanaraq qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox güclü nüfuzlu və işlək partiya yaratmağa qadirsiniz. Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi-iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərinə öz layiqli töhfəsini verə bilər. Belə bir əminlik də ifadə olundu ki, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin ətrafında birləşəcək, dərin zəkalı, müstəqil düşüncəli, milli qürurlu, peşəkar insanların siyasi partiyasına çevriləcək. Yeni qüvvələrin öncülü, aparıcısı Heydər Əliyev kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar. Ümummilli Lider Heydər Əliyevin “Yeni müstəqil Azərbaycan uğrunda” cavabında ölkəmizin düşdüyü ağır vəziyyətdən çıxmasının yolları açıqlanaraq bu mühüm məqam da xüsusi qeyd edildi ki, Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir: “Müraciətə cavabda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Onların ən qısa zamanda həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərin həllinə biganə qalmağa heç kəsin haqqı yoxdur.”

Beləliklə, 21 noyabr 1992-ci il tarixində ölkəmizin həyatında yeni bir mərhələnin başlanğıcı olan Yeni Azərbaycan Partiyası yaradıldı və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaransa da dövlətçiliyə müxalifətdə dayanmadı, ölkəmizin inkişafına dəstək oldu. Qısa zamanda, yaranmasından 7 ay sonra Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanla yanaşı, Yeni Azərbaycan Partiyasının da həyatında yeni mərhələnin əsasını qoydu. Partiya iqtidar partiyası kimi fəaliyyətini davam etdirdi.

Ulu Öndər Heydər Əliyev daim çıxışlarında bu məqamı xüsusi qeyd edirdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır, böyük təqiblər şəraitində yaranmış bir partiyadır.

Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı vardır. Qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə Azərbaycanın daha da möhkəmlənməsinə, qüdrətlənməsinə, xalqın sosial rifahının güclənməsinə öz töhfələrini verir. “Güclü dövlət, yüksək rifah” partiyanın fəaliyyətinin əsas prinsipidir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tarixi Zəfərimizin reallıqlarına söykənərək keçirilən partiyanın VII qurultayında Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan geniş bəhs edərək belə bir inamı ifadə etmişdir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. YAP nəinki ölkənin, Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır. YAP böyük ənənələri olan partiyadır.

Cənab İlham Əliyevin həmin proqram xarakterli çıxışında qeyd etdiyi kimi, 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı: “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox.” Dövlətimizin başçısı İlham Əliyev yuxarıdakı fikri söyləməklə yanaşı, bu reallığı da xüsusi qeyd etdi ki, bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir? Əlbəttə ki, o dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalanmış olarıq. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.”

Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı müasir müstəqil Azərbaycanın keçdiyi yolun, dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz xalqımız qarşısındakı xidmətlərinin indiki və gələcək nəsillərə çatdırılmasında zəngin mənbədir. Məhz bu baxımdan cənab İlham Əliyev belə bir çağırışı edir ki, biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq.

Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadığı durum hər kəsə məlumdur. Dövlətin maraqlarını arxa plana keçirib şəxsi ambisiyaları uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövrü dövlətimiz, xalqımız üçün faciəli bir dövr kimi xarakterizə edilir. Ölkəyə rəhbərlik edən ünsürlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutması Azərbaycanın müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoydu. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Ümummilli Liderin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamladı, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü oldu. Geniş bilik və dərin təfəkkür sahibi olan Ulu Öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etdi. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirdi və məharətlə həyata keçirdi. Onun milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ümummilli Liderin mükəmməl quruculuq proqramının tərkib hissələri idi.

Təbii ki, qeyd etdiklərimiz dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın bugünü və gələcəyi üçün gördüyü işlərin sadəcə qısa bir xronologiyasıdır. Ümummilli Liderin xidmətləri barədə günlərlə, aylarla danışmaq olar. 2003-cü ildən bu yolun uğurlu davamı Azərbaycana daha möhtəşəm qələbələr qazandırır. Ümummilli Lider Azərbaycanın uğurlu gələcəyini düşünərək 2003-cü ildə xalqa tarixi müraciət etdi. Həmin müraciət bugünkü uğurlarımızın, Zəfərlərimizin əsası oldu. Ulu Öndər Heydər Əliyevin həmin müraciətində bu inam və etimad ifadə edilmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad edilməsi idi. Bunun üçün vacib olan bütün addımları atmışdı. Ulu Öndər münaqişənin həllində vacib amilləri qeyd edərkən dövlətin qətiyyətini, xalqın iradəsini, beynəlxalq dəstəyi xüsusi vurğulayırdı. Dövlətimizin dəyişməz mövqeyi hər kəsə məlum idi. Xalqımızın iradəsindən kənar bir addımın belə atılmayacağı daim ən yüksək tribunalardan bəyan edilirdi. Beynəlxalq dəstəyə gəldikdə isə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılması öz əksini tapmışdı. Ulu Öndər Heydər Əliyev daim bu inamı ifadə edirdi ki, Qarabağ münaqişəsi həll ediləcək. İşğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır.

Bu gün dövlət başçısı İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. Bugünkü Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Şuşadan xalqa müraciətində böyük qürur hissi ilə qeyd etdi ki, Ulu Öndərun ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin ardınca 2023-cü ildə Silahlı Qüvvələrimizin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Artıq ölkəmizin həyatında yeni mərhələ başlayıb. Bu ilin 7 fevral tarixində müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident seçkilərinin keçirilməsi ilə yeni dövrün yeni hədəfləri açıqlandı. Seçkilərdə inamlı qələbə qazanan cənab İlham Əliyev keçirilən andiçmə mərasimində qarşıda dayanan dövrün hədəflərini açıqlamaqla yanaşı, bu reallığı böyük qürur hissi ilə qeyd etdi: “Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək.”

Yeni dövrün yeni hədəfləri həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının qarşısında geniş imkanlar açır. Daim irəli baxan, əldə etdiyi uğurlarla kifayətlənməyən Azərbaycan, eyni zamanda, hakim partiya müasir dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirir, tarixini uğur səhifələri ilə zənginləşdirir.

Azərbaycanın uğurlarında bu gün hazırda yaranmasının 20 illiyini qeyd etməyə hazırlaşan Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. 2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin xronologiyasına diqqət yetirmək kifayətdir. Fondun çoxşaxəli fəaliyyəti həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda yüksək dəyərləndirilir. Heydər Əliyev Fondunun bütün təşəbbüsləri milli ruha əsaslanır.

Bugünümüzün əsas hədəfi işğaldan azad edilmiş ərazilərimizin bərpasıdır. Soydaşlarımızın mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdışı hər birimizi qürurlandırır. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərə hər bir səfəri tarixi hadisə olmaqla yanaşı, Böyük Qayıdış Proqramının icrasının daha da sürətləndirilməsində əhəmiyyətli rol oynayır. Çünki hər bir səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, cənnət məkana çevrilir. Xalqımız əmindir ki, Heydər Əliyev yolu bundan sonra da uğurla davam edəcək, Azərbaycana möhtəşəm uğurlar qazandıracaq. Heydər Əliyevin ideyaları dünənimizin, bugünümüzün və gələcəyimizin əsasıdır.

Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13276
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10465
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8934
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2806
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2384
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2135
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2013
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1806
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1524
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1447
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
939
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
669
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
658
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
607
Arda Gülər dayanmır, yenə fərqləndi -
566
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
558
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
507
Azərbaycan nefti ucuzlaşdı
505