AZ

SOS siqnalı: “Neftçi” avrokuboklardan kənarda qala bilər

Misli premyer-liqasında 33-cü tur da geridə qaldı.

Artıq mövsümün sonuna cəmi üç tur var. Önəmli olan çempionluq və elitada qalmaq uğrunda mübarizədi ki, hər ikisinin taleyinə aydınlıq gəlib. Buna baxmayaraq, “avrokubok zonası” ilə bağlı intriqa davam edir. Çempino “Qarabağ”ı çıxsaq, hər tur ilk “beşlik”də qərarlaşan başqa komandalar arasında yerdəyişmələrin şahidi oluruq. Ötən tur sürpriz məğlubiyyətlə 2-ci yeri əldən verən “Zirə” bu dəfə “Sumqayıt”la “Neftçi”nin xal itirməsindən yararlanıb əvvəlki mövqeyni bərpa etdi. “Sabah” da rəqiblərinin xal itkisindən maksimum şəkildə yararlandı. Elə ümumi götürsək, bu turdan qazanclı çıxan “Zirə” ilə “Sabah” oldu.

“Sumqayıt” həm qələbəni, həm də 2-ci yeri sonuncu uzatma dəqiqəsində əldən verdi. Artıq cari mövsümdə 3-cü qarşılaşmadı ki, “kimyaçılar” Adil Şükürovun “sarı-göylər”ini məğlub edə bilmir. Lakin “Sumqayıt” hələ də avrokuboklara vəsiqə şansını qoruyur. Doğrudu, son turlarda qazanılan hər xal qızıl qədər qiymətlidi. Gəncə təmsilçisi isə növbəti mövsüm elitada qalmaq yox, daha yüksək yerlər uğrunda oynamaq iddiasını ortaya qoyur.
Azərbaycan derbisi “Neftçi”nin növbəti darmadağını ilə yadda qaldı. Bakılılar bu mövsüm bu rəqiblə 6 dəfə qarşılaşıb, 21 qol buraxıb, yalnız ikisinin əvəzini çıxıb. Bütün böyükhesablı məğlubiyyətlər Miodraq Bojoviçin rəhbərliyi altında baş verib. Doğrudu, Adrian Mutunun dönəmində də komanda hər iki derbidən məğlub ayrılmışdı. Lakin belə biabırçı nəticəylə yox. Ən azı meydanda rəqabət var idi. Bojoviç gəldiyi gündən 6-7 tura ehtiyacı olduğunu söyləsə də, bu, bəhanədən başqa bir şey deyil. Artıq “ağ-qaralar” monteneqrolu mütəxəssisin rəhbərliyi altında 15 matça çıxsa da, hələ ki oturuşmuş heyətin formalaşdığını demək mümkün deyil. Bu nəticə “Neftçi”nin avrokuboklara vəsiqə qazanmaq şansını azaltdı. Lakin bakılılar qalan rəqiblərdən heç də üstün deyil.

Çox yox, cəmi 3 tur əvvəl “Turan Tovuz”un avrokubolara qatılmaq şansını dəyərləndirirdik. Fəqət elə ardıcıl 3 məğlubiyyətlə Tovuz təmsilçisi hələ buna hazır olmadığını göstərdi. “Zirə” isə ötən tur Muxtar Respublika təmsilçisindən aldığı gözlənilməz məğlubiyyətdən tez ayıldı. “Qartallar” bununla da avrokuboklardan çox uzaq düşməyərək yenidən ikinci sıraya yüksəldi. Qəsəbə təmsilçisinə “Turan Tovuz” futbolçularının fərdi səhvləri də kömək etdi. Lakin “nə olur-olsun, əsas nəticədi” prinsipinə söykənən Rəşad Sadıqovun yetirmələri sözünü dedi. Növbəti turda isə “Zirə”ni çempion “Qarabağ”la çətin sınaq gözləyir.

Krunoslav Renduliçin gəlişindən sonra oyun sistemini tapmağa çalışan “Sabah” artıq hədəfinə çatmaq üzrədi. “Bayquşlar” son 4 matçın hamısında qələbə qazanıb. İndi onlar “Sumqayıt”la “Neftçi”dən bir addım öndədi keçdi. “Sabah” heyətinə və futbolçularının fərdi keyfiyyətinə görə Avropada mübarizə aparmaq iqtidarında olduğunu göstərir. Çox güman, 35-ci turda “Sumqayıt”, 36-cı turda “Neftçi” ilə oyunlar bu mənada həlledici olacaq.
Turun dünən keçirilən son oyununda evdə “Qəbələ”yə uduzan “Səbail” avrokubok şansını “dəfn etdisə”, “qırmızı-qaralar”ın Kaxaber Sxadadzenin rəhbərliyi altında ilk qələbəsini qazanmasına da mane ola bilmədi.

Misli premyer-liqası
4-cü dövrə, 33-cü tur
4 may
Kəpəz – Sumqayıt 1:1
Qarabağ – Neftçi 5:0
5 may
Turan Tovuz – Zirə 1:2
Araz-Naxçıvan – Sabah 0:1
6 may
Səbail – Qəbələ 2:3
1. Qarabağ 33 24 4 5 90-32 76
2. Zirə 33 14 10 9 31-21 52
3. Sabah 33 15 7 11 47-38 52
4. Sumqayıt 33 13 12 8 34-35 51
5. Neftçi 33 14 8 11 43-38 50
6. Səbail 33 11 9 13 49-54 42
7. Turan Tovuz 33 11 9 13 48-49 42
8. Kəpəz 33 9 8 16 38-60 35
9. Araz-Naxçıvan 33 9 8 16 29-45 35
10. Qəbələ 33 5 5 23 26-63 20
Bombardirlər: Olavio Juninyo (Qarabağ) – 17, Aleksandr Ramalinqom (Səbail) - 14, Yassin Benzya, Nəriman Axundzadə (hər ikisi “Qarabağ”) – 12.
Növbəti turun proqramı
10 may, 19.00. Neftçi – Kəpəz
11 may, 17.00. Araz-Naxçıvan – Turan Tovuz
11 may, 19.30. Zirə - Qarabağ
12 may, 17.00. Qəbələ – Sabah
12 may, 19.30. Sumqayıt – Səbail

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13724
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11061
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9093
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2943
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2481
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2211
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2066
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2060
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1830
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1544
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1032
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
753
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
664
Azərbaycan nefti ucuzlaşdı
656
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
649
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
644
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
606
Arda Gülər dayanmır, yenə fərqləndi -
584