İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib.
Moderator.az xəbər verir ki, israilli diplomat bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.
"Azərbaycan azad və inkişaf edən yəhudi icmasının evidir. Bu gün mən Azərbaycanın Milli Qəhrəmanı, yerli yəhudi icmasının oğlu Albert Aqarunovun məzarı başında onu ehtiramla yad etdim. Dünyada antisemitizmin gücləndiyi bir vaxtda Azərbaycanda yəhudi icmasının azadlığını və bərabərliyini görmək ürəkaçandır", - Aliza Bin Nun qeyd edib.
Azerbaijan is home to a free and thriving Jewish community. Today I paid respect at the grave of Albert Agarunov, an Azerbaijani national hero and a son of the local Jewish community.
— Aliza Bin Noun (@AlizaBinNoun) May 8, 2024
In times of rising antisemitism in the world, it is heartwarming to see the freedom and… pic.twitter.com/4qUfdHtCkz