Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib ki, bu il ölkə hökuməti “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərara qoşulmaqdan çəkinəcək.
Ermənistan təşkilatın fəaliyyətini maliyyələşdirməyəcək: “Ermənistan 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərara qoşulmaqdan və bununla da təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkinəcək. Eyni zamanda, İrəvan bu qərarın məhdud formatda qəbul edilməsinə etiraz etməyəcək”, – deyə o, “Sputnik Ermənistan”a bildirib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevral ayında ölkənin KTMT-də iştirakının dondurulduğunu bildirib.
//Samir Qurbanov, Editor.az