AZ

Qrossi: İranın uranı zənginləşdirməsi onun nüvə silahına malik olması demək deyil

İran uranı zənginləşdirməyə davam edir, lakin bu fakt o demək deyil ki, Tehranın nüvə silahı var.

İqtisadiyyat.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib.

"Onlar zənginləşdirilmiş uran hasil etməkdə davam edirlər. Bununla belə, biz aydın şəkildə bildirməliyik ki, bu, onların nüvə silahına malik olması demək deyil", - o, CNN telekanalına müsahibəsində deyib. 

MAQATE rəhbəri qeyd edib ki, agentlik hazırda İranın fəaliyyətinin nüvə silahının yayılmasına təhlükə yaratmadığına dair beynəlxalq ictimaiyyətə lazımi təminat vermək məqsədilə İranın nüvə obyektlərində yoxlamaların əhatə dairəsini genişləndirməyə çalışır

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
iqtisadiyyat.az

1Mənbələr