AZ

“Qalatasaray” bu futbolçu ilə razılığa gəldi

"Qalatasaray" "Çelsi"dən icarəyə götürdüyü Hakim Ziyeşlə bağlı qərar verib.

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi mərakeşli vingerin satınalma bəndindən yararlanıb.

Bu barədə Fabritsio Romano məlumat yayıb. Türkiyə klubu 30 yaşlı futbolçu üçün "Çelsi"yə təzminat ödəməyəcək.

Qeyd edək ki, Hakim mövsümün əvvəlində "Qalatasaray"a keçib. Mərakeş millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
40
bizim.media

10Mənbələr