AZ

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub (FOTO)

Bakı. Trend:

Mayın 8-də Xətai rayonunda Azərbaycan Silahlı Qüvvələrinin şəhidpolkovniki, Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışmərasimi keçirilib. Büst şəhidin adını daşıyan Xətai rayonu, 98saylı tam orta məktəbin qarşısında qoyulub.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev,Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədriVüqar Rəhimzadə, Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətənmüharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri, MilliQəhrəmanın ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər HeydərƏliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrundacanlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəliksükutla yad edilib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışedərək polkovnik İlqar Mirzəyevin şərəfli həyat yolundan, onunvətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıqdan söz açıb.Bildirib ki, hər bir xalqın taleyində qəhrəmanlar var. Tarixişəraitdən asılı olaraq Vətən, millət qarşısında taleyüklüməsələlərin həllində xüsusi rol oynayan şəxsiyyətlər, cəsarətliinsanlar öz xalqının tarixinə qəhrəman kimi düşürlər. Onların adıölkələrinin adı ilə qoşa çəkilir. Belə igidlərdən biri dəqəhrəmanlıq simvolu kimi tanınan və hər bir azərbaycanlı üçün qürurmənbəyi olan İlqar Mirzəyevdir. Polkovnik İlqar Mirzəyev 2020-ci iliyulun 14-də Tovuz rayonu istiqamətində düşmən təxribatlarınınqarşısını alarkən qəhrəmancasına şəhid olub.

R.Quluyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpaedilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinəyetirən zaman göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin2020-ci il 9 dekabr tarixli Sərəncamına əsasən, İlqar Mirzəyevəölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasınavuruşaraq müqəddəs şəhidlik zirvəsinə ucalmış, gənc nəslə örnəknümunəsi, hərb tariximizin ləyaqətli siması, öz məğrurluğu, hünəriilə adı tariximizə əbədi yazılan Azərbaycanın Milli Qəhrəmanı,polkovnik İlqar Mirzəyevin xatirəsi hər bir azərbaycanlınınqəlbində daim yaşayacaq.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə qeyd edib ki,bu gündən etibarən 98 saylı tam orta məktəbin həyatında yeni birdönəm başlayır. Bu məktəbdə təhsil alanlar şagirdlərin, onlarınvalideynlərinin, tədris aparan müəllimlərin üzərinə kifayət qədərməsuliyyətli və şərəfli bir vəzifə düşür. Bu gün Milli Qəhrəmanİlqar Mirzəyevin, hər bir azərbaycanlının fəxri olan bütünşəhidlərimizin ruhları şaddır. İlqar Mirzəyev adına tam ortaməktəbdə təhsil almaq kifayət qədər böyük məsuliyyətdir. Ona görədə şagirdlər çox yaxşı oxumalı, qəhrəmanlarımızın həyat amalınauyğun böyüməlidirlər. Onlar bu qəhrəmanlardan xalqını, Vətənini,dövlətini sevmək nümunəsini öyrənməlidirlər. 98 saylı məktəbə gələnhər bir insan bu qəhrəmanların keçdikləri döyüş yolunuxatırlayacaqlar. Bütün şəhidlərimizin müqəddəs ruhları qarşısındabaş əyirəm.

Vüqar Rəhimzadə bildirib ki, Tovuz döyüşləri AzərbaycanOrdusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Həmindöyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbətitəxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmləəməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətənmüharibəsində Ermənistan silahlı qüvvələrini darmadağın edərəktorpaqlarımızı işğalçılardan təmizlədi. Düşmənə sarsıdıcı zərbəvuran ordumuz şəhidlərimizin qanını yerdə qoymadı.

Şəhid valideynlərindən mayor Rüfət Əsgərovun atası, Xətai RayonAğsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Vətən MüharibəsiQəhrəmanı, kapitan Ceyhun Həsənovun atası Aydın Həsənov, SübhanAbdurahmanlının anası, Xətai Rayon Şəhid Ailələri MüdafiəCəmiyyətinin sədri Mehriban Abdurahmanlı çıxışlarında onlaragöstərilən diqqət və qayğıya, övladlarının xatirəsinin daim ucatutulduğuna görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Heydər Əliyev adına Hərbi İnstitutun rəis əvəzi, VətənMüharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov şəhidin yüksəkinsani və peşəkar hərbçi keyfiyyətlərinə malik olduğunu vurğulayıb,İkinci Qarabağ müharibəsində qəhrəman əsgər və zabitlərimizingöstərdikləri şücaətdən söz açıb.

Şəhidin qardaşı Rafael Mirzəyev Milli Qəhrəmanla bağlıxatirələrini bölüşüb, İ.Mirzəyevin şərəfli həyat və döyüş yolundansöz açıb. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət vəqayğıya, o cümlədən qardaşının xatirəsinə göstərilən ehtirama görəölkə rəhbərliyinə, qədirbilən xalqımıza təşəkkür edib.

Sonra 98 saylı məktəbin şagirdlərinin iştirakı ilə AzərbaycanRespublikasının Dövlət Bayrağı səhnəyə gətirilib. Şagirdlərinifasında Milli Qəhrəmana, Vətənə həsr olunmuş şeirlər səslənib,ədəbi-bədii kompozisiya nümayiş olunub.

Xətai
Xətai
Xətai
Xətai
Xətai
Xətai
Xətai

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
2
Mənbələr
Şərh ()
Bağla