AZ

Konseysao "Portu"nu İtaliya nəhənginə dəyişmək istəyir

"Portu"nun baş məşqçisi Serxio Konseysao cari mövsümün sonunda "Milan"a rəhbərlik etmək arzusunda olduğunu açıqlayıb.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis "əjdahalar" rəhbərliyi ilə 2028-ci ilin ortalarına qədər qüvvədə olan müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı danışıqlar aparmağı planlaşdırır.

Bu münasibətlə Konseysao klub prezidenti Andre-Villas Boaşla görüş keçirəcək.

Xatırladaq ki, Konseysao 2017-ci ildən “Portu”ya rəhbərlik edir. Bu mövsüm komanda 66 xal toplayaraq Portuqaliya çempionatının turnir cədvəlində 3-cü yerdədir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
90deqiqe.az

1Mənbələr