AZ

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

"Microsoft" korporasiyası GPT4 əsasında generativ süni intellekt modelini işləyib hazırlayıb ki, bu model tamamilə internetsiz də işləyə və xüsusilə ABŞ xüsusi xidmət orqanları üçün çox məxfi məlumatları təhlil etmək üçün istifadə edilə bilər.

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunur ki, bu, ilk dəfədir böyük dil modeli internetsiz tam işləyir. "OpenAI"nin "ChatGPT" də daxil olmaqla əksər süni intellekt modelləri nümunələri öyrənmək və müəyyən etmək üçün bulud əsaslı xidmətlərdən istifadə edir, lakin "Microsoft" ABŞ kəşfiyyat agentliyini təhlükəsiz sistemlə təmin etmək istəyir.

"Biz ilk dəfədir ki, təcrid olunmuş versiyaya sahib oluruq - təcrid olunmuş o deməkdir ki, onun internetə qoşulması yoxdur və yalnız ABŞ hökumətinin çıxışı olan xüsusi bir şəbəkədədir", deyə "Microsoft"un baş texnologiya direktoru Uilyam Kappell bildirib.

Buludda yerləşən bu yeni AI modeli statikdir, yəni o faylları oxuya bilər, lakin onlardan və ya açıq internetdən öyrənə bilməz. Bu yolla ABŞ hökuməti məxfi məlumatların sızmasının qarşısını ala bilər.

Məlumata görə, "Microsoft" son 18 ay ərzində öz sistemi üzərində işləyir, o cümlədən Ayova ştatında mövcud süni intellekt superkompüterini modifikasiya edir. Xidmət indi kəşfiyyat icması tərəfindən sınaqdan və akkreditasiyadan keçməlidir.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
valyuta.az

1Mənbələr