AZ

Azər Həsrətdən APARICILARA: "İnsanları əl meymununa çevirib efirə çıxarırlar" 

Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında axtarılan qadın Lalə Azərtaşın aparıcısı olduğu "Təsir dairəsi" verilişində canlı yayıma çıxıb.

Maraqlıdır ki, qadının əri və qayınanası "Səni axtarıram" verilişinə çıxıb və gəlininin itkin düşdüyünü bildirib.

"İtkin" düşmüş qadın isə həmin vaxtı "Təsir dairəsi" verilişində olub və qayınanasının onu evdən qovduğunu deyib.

Veriliş sosial şəbəkələrdə tənqid edilib. İzləyicilər verilişin layihə rəhbərlərini, aparıcıları sözün əsl mənasında top atəşinə tutublar. Bu da efirlərdə yayımlanan sosial verilişlərə bir daha etiraz dalğası yaradıb.

Qeyd edək ki, bir müddət öncə həmin tip verilişlərin yayımı ilə bağlı kütləvi şikayət olunduğu üçün televiziya rəhbərləri və aparıcılar Prezident Administrasiyasına çağırılıb onlara xəbərdarlıqlar edilib. Daha sonra efir yayımlarının vaxtında qısaldılma tədbiri həyata keçirilib. Hətta, sentyabr ayından bu verilişlərin bağlanacağı deyilir.

Mövzu ilə bağlı Referans.az-a media eksperti Azər Həsrət danışıb:

"Hər şeydən əvvəl xüsusi vurğulamaq istəyirəm ki, bu cür verilişlərə baxmadığıma görə onların keyfiyyəti haqqında danışa bilmirəm. Yəni baxmadığım şey haqqında nə deyə bilərəm? Amma, ümumilikdə təbiidir ki, tamaşaçı olaraq sosial mediada bu cür müzakirələr qarşıma çıxır və təəssüf hissi ilə müşahidə edirəm. O müzakirələrə heç vaxt qarışmıram. Ölkədə intellektual tamaşaçılar arasında belə rəy var ki, o verilişlərin əksəriyyətinin intellektual səviyyəsi çox aşağıdır. Qara- qışqırıq, bazar söhbətləri, səviyyəsiz davranışlar efirdən evlərimizə soxulur. Bizim kimi baxmayamlar baxmır, canını qurtarır. Amma elə kəsim var ki, fərqinə varmadan belə verilişlərə davamlı şəkildə baxır. Ekran qarşısında böyüklərlə bərabər uşaqlar da əyləşir. Yetişməkdə olan nəsil pis örnəklərlə böyüdülür. Bu əlbəttə ki, təhlükəli meyldir. İna görə də Audiovizual Şura bu məsələnin üzərinə ciddi şəkildə getməlidir. Biz demirik ki, insanların sosial problemləri efirdən işiqlandırılmasın, yaxud onlara kömək edilməsin. Amma, bunu səviyyəsiz şəkildə etmək doğru deyil. İnsanların hissləri ilə oynamaq, onları yeri gəldi- gəlmədi əl meymununa çevirib efirə çıxarmaq doğru şey deyil".

Ekspert qeyd edib ki, bu məsələlərdə efirə çıxanlardan çox, onları ora çıxaranları qınamalıyıq: "Çıxanları başa düşürük, yetərincə vəziyyəti təhlil edə bilmirlər. Çıxış yolunu efirə çıxmaqda görürlər. Amma, çıxaranlar bu şeyləri bilməlidirlər axı. Media etikası var. Efir ədəbi var. Bu şeylər diqqətə alınmalıdır. Bir müddət öncə belə verilişlərə görə profilaktik söhbət aparılmışdır. Belə anlaşılır ki, söhbət nəticə verməyib. Mən düşünürəm ki, artıq dövlət öz sərt üzünü göstərməlidir. Bu tip verilişlər intellektual çərçivəyə salınmalıdır. Bizim vaxtımızda AZTV də Naiilə İslamzadənin təqdimatında "Ailələr, talelər" verilişi gedirdi. Necə də gözəl, mədəni veriliş idi. Ailəlikcə sevə-sevə baxırdıq, heç kim də o verilişi tənqid etmirdi.

Şəlalə Babayeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13729
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11065
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9098
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2943
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2483
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2216
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2087
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2060
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1831
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1545
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1035
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
753
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Azərbaycan nefti ucuzlaşdı
666
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
664
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
650
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
645
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
607
Arda Gülər dayanmır, yenə fərqləndi -
585