AZ

Serci Roberto üzr istədi: “Bu nəticəyə layiq deyildik”

“Barselona”nın kapitanı Serci Roberto İspaniya La Liqasının 34-cü turunda “Jirona”ya qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xatırladır ki, səfərdə baş tutan bu oyunda Kataloniya təmsilçisi üzücü məğlubiyyətə üzülmüşdü – 2:4.

Təcrübəli yarımmüdafiəçi bu oyunda “blauqrana”nın buraxdığı ikinci qola səbəb olan səhvinə görə üzr istəyib:

“Biz bu nəticəyə layiq deyildik. Çox yaxşı oyun keçirdik. Meydanı çox qəzəbli tərk etdim. Səhv etdim və azarkeşlərdən üzr istəyirəm”, deyə “Barselona”nın kapitanı bildirib.

Xatırladaq ki, Kataloniya klubunun öz yetirməsi olan Serci Roberto 2013-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. O, cari mövsümdə 21 oyunda iştirak edib. 32 yaşlı ispan futbolçu bu görüşlərdə 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Serci “Barselona”nın heyətində bütövlükdə 370 oyun keçirib, 19 qol və 42 məhsuldar ötürmə müəllifi olub.

Yarımmüdafiəçi 2016-cı ilin mart ayında debüt etdiyi İspaniya milli komandasında da 11 oyuna çıxıb və 1 qol vurub.

“Transfermarkt” internet-portalı 32 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
arena.az

1Mənbələr