Bu gün I Liqada 25-ci tura start verilib.
İlk gündə bir matç keçirilib.
“İrəvan” “ASK Arena”da “Difai” ilə qarşılaşıb.
Qonaqlar qalib gəlsəydi, 9-cu pillədən yuxarı qalxmaq şansını bir qədər artıracaqdı. “Fədailər” bunun üçün əlindən gələni etdi.
Onların ifasında hər şey - mübarizlik, hücumlar, pressinq - alınırdı. Əzmkar və baxımlı oyunun “meyvə”si qol olmalıydı.
Qarabağ qazilərinin təmsilçisi fərqlənmək üçün təqribən 10-a yaxın epizod yaxaladı.
Daha kimlərin əlinə bu imkan düşmədi ki..! Kristian Kamta, Bayraməli Qurbanov, Rəhman Quliyev, Tahir Zeynalov və başqaları.
Belaruslu Andrey Sinenka bəlkə də Azərbaycan karyerasında ən yaxşı oyununu keçirdi, “İrəvan”ın qapısını alınmaz qalaya çevirdi.
Dirəyin də yardımı ilə. Stadionda olan kimsə inanmazdı kı, final fiti qolsuz heç-heçəni qeydə alar.
Düzdür, “İrəvan” da ötən həftələrdəki kimi zəif təsir bağışlamadı, hər iki hissədə 1-2 dəfə “Difai”nin müdafiəsində boşluq tapdılar.
Sinenkanın azərbaycanlı həmkarı Əlirza Müştəbəzadə burada da öz bacarığını göstərdi.
Ümumi götürəndə, sonluğunu “Difai”ni sevindirmədiyini deməliyik. Onlar küssə, bəxtindən küsməlidir. Futbol ilahəsi “fədailər”in əziyyətini yerə vurdu.
SPORTİNFO.AZ
8 may 2024. Saat 15:00. ASK Arena. 80 tamaşaçı Baş hakim: Elvin Bayramov Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Gülnurə Əkbərzadə Dördüncü hakim: Fəridə Lütfəliyeva Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Elçin Məmmədov Sarı vərəqələr: Seymur Əliyev, 58 (qeyri-idman hərəkəti); Əli Əliyev, 58 (qeyri-idman hərəkəti); Vüsal Əsgərov, 60 (qeyri-idman hərəkəti) // Tahir Zeynalov, 82 (qeyri-idman hərəkəti) Qol: yoxdur Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq. | | “İrəvan” 33. Andrey Sinenka 77. Bayram Əliyev (22. İmran Azaxov, 90+3) 50. Fərid Kərimzadə 2. Əli Əliyev 44. Seymur Əliyev 10. Ruslan Bayramov (k) 9. Orxan Fərəcov 7. Samir Qurbanov 18. Vüsal Əsgərov 99. Balamirzə Soltanov 8. Kamil Mahmudov Ehtiyat oyunçular: 1. Süleyman Süleymanov Baş məşqçi: Nazim Süleymanov | “Difai Ağsu” 12. Əlirza Müştəbazadə 3. Kamil Hüseynov (k) 99. Məqsum Qənbərli 6. Əzəmət Ələkbərli 28. Rəhman Quliyev (71. Coşqun Əsədzadə, 82) 10. Tahir Zeynalov 2. Seymur Rəhimov (14. Samir Əliyev, 82) 16. Emil Quluzadə (8. Ramin Süleymanov, 65) 9. Bayraməli Qurbanov 21. Benjamin Ebuka (19. Rəsul İbrahimov, 76) 32. Kristian Kamta Ehtiyat oyunçular: 22. Maksimilian Şilder 17. Tural Lətifov 4. Fariz Nəcəfov 13. Nazim Bağırov 50. Qurban Hüseynov 11. Valeh Qəhrəmanlı Baş məşqçi: Elgiz Kərəmli | | |
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.