AZ

"Bayer"dən iki yeni rekord

"Bayer" Almaniya çempionatının 32-ci turunun matçında "Ayntraxt Frankfurt"a qalib gəlib (5:1).

90deqiqe.Az-ın məlumatına görə, beləliklə, “əczaçılar” Bundesliqanın bu mövsümündə artıq 82 qol vurub, bu da yeni klub rekordudur.

Eyni zamanda Xabi Alonsonun yetirmələri 1963-cü ilin dekabrından 1965-ci ilin fevralına qədər Portuqaliyanın "Benfika" komandasının 48 oyunluq məğlubiyyətsizlik rekordunu təkrarlayıb.

Bu mövsüm bütün yarışlarda məğlubiyyətsizlik seriyasını 48 matça çatdıran "Bayer Leverkuzen" xalını 84-ə çatdırıb. “Ayntraxt Frankfurt” 45 xalda qalıb.

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
15
90deqiqe.az

10Mənbələr