AZ

Kim Çen In lideri kədər içindədir...

"Kim Qi Nam Şimali Koreyanın ideoloji əsasını təşkil edən çuçxe doktrinasının banisi hesab edilir..."
 
Dünən "Koreya Əmək Partiyasının ağsaqqalı və ən nüfuzlu nəzəriyyəçisi" Kim Qi Nam ömrünün 94-cü ilində dünyasını dəyişib.
 
Moderator.az xəbər verir ki, bu barədə Koreya Teleqraf Agentliyi məlumat verib. Məlumatı SİTA agentliyi yayıb.
 
Dövlət səviyyəsində dəfn komissiyasına şəxsən KXDR Dövlət Şurasının sədri Kim Çen In başçılıq edəcək.
 
Məlumatda deyilir ki, Kim Çen In "ömrünün sonunadək Əmək Partiyasına fədakarcasına sədaqətlə xidmət edən, partiyanın ideoloji sahəsinin istedadlı rəhbər işçisi, əski inqilabçının itkisindən dərin kədər hissi" keçirib. Dəfn mərasimi sabah, mayın 9-da keçiriləcək.
 
Kim Qi Nam Şimali Koreyanın ideoloji əsasını təşkil edən çuçxe doktrinasının banisi hesab edilir. O, üç Kim nəslinə, ötən əsrin 50-ci illərindən KXDR rəhbərlərinə xidmət edib.
 
 Ötən bu dövr ərzində "partiyanın ideya-nəzəri əsaslarının möhkəmləndirilməsi" və Şimali Koreyada "inqilabın qalibiyyətlə irəliyə getməsi üçün səylərini əsirgəməyib".
 
O, ardıcıl olaraq təbliğat və təşviqat sahəsində məsul vəzifələr tutub və "çuçxe inqilabi işinin davam etdirilməsi kimi  mühüm tarixi dövdrə yoldaş Kim Çen Inın rəhbərliyinin vahid sisteminin bərqərar edilməsində xüsusi rol oynayıb".
 
Kim Qi Nam bir çox dövlət mükafatlarına, o cümlədən Kim İr Sen Ordeni və Kim Çen Ir Ordeninə layiq görülüb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
38
moderator.az

10Mənbələr