AZ

Elektromobillər və xüsusiyyətləri – Batareyaları nə qədər təhlükəlidir?

“Elektromobillərin yeni model olaraq istifadəsi, bəzi xüsusiyyətləri problemli məsələlər sinifinə aiddir. Əsas problem isə onların batareyalarının utilizasiyasıdır”.

Avtosfer.az xəbər verir ki, bu sözləri Valyuta.az-a nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

Ekspertin sözlərinə görə, elektromobillərin batareyalarının utilazasiyası ilə bərabər  enerji saxlaya bilməməsi də problemdir:

“Bu da həmin nəqliyyat vasitəsi üçün əlavə problem yaradır. Bu avtomobillər benzin və dizel ilə işləyən avtomobildən ekonomiya baxımdan daha güclü olmalıdır. Lakin belə olmadığı üçün daha çox xərc tələb edən avtomobillər sinfinə aid ola bilər”.

Aslan Əsədov bildirib ki, bu batareyaların tərkibində olan radioaktiv maddələr təbiətdə çirklənmələrə səbəb olur:

“Bu problemlərin də aradan qaldırılması üçün uzun zaman və proses lazımdır. Bu da alternativ olaraq özünü doğrultmayan məsələdir. Ona görə də düşünürəm ki, gələcəkdə daha çox elektromobillərin  batareya təminatının yenilənməsi üzrə iş gedəcək. Hazırda beyin institutları bu avtomobillərin batareyalarının təkmilləşməsi üzərində çalışırlar. Avtomobillərlə bağlı müxtəlif təkliflər var. Bu təkliflərdən ən ağlabatanı isə benzinlə işləyən avtomobillərin mühərrik sisteminin yenidən qurulmasıdır. Daha az yanacaq, daha çox məsafə. Çünki benzin və dizellə işləyən avtomobillər bizim həyatımızda hər zamankı tələbatı ilə qalacaq”.

Aslan Əsədov qeyd edib ki, elektromobillərdən istifadə edən insanların gələcəkdə səhhətlərində bir mənalı şəkildə problemlər yaranacaq:

“Bizə rentgen şüalanmasını həkimlər ildə 1-2 dəfə məsləhət görürsə, bu avtomobillərdən hər gün istifadə hansı nəticələrə gətirib çıxara bilər, bunu fikirləşmək lazımdır. Bu təhlükə hibrid avtomobillərə də aiddir. Onların da istifadəsi zamanı nə qədər çox batareyadan istifadə olunursa, o qədər çox təhlükə deməkdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13264
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10418
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8922
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2797
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2376
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2131
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2009
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1802
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1515
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1440
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
932
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
667
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
658
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
607
Arda Gülər dayanmır, yenə fərqləndi -
566
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
554
Azərbaycan nefti ucuzlaşdı
502
Arda dubl etdi - VİDEO
490