AZ

Hakan Çalhanoğlu “İnter”də ayın futbolçusu seçildi

style='margin-bottom:10px;'>

“İnter”də aprelin ən yaxşı oyunçusu seçilib. 

QOL.az İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, Hakan Çalhanoğlu ötən ayın ən yaxşısı seçilib. Türkiyəli yarımmüdafiəçi apreldə A seriyasında meydana çıxdığı 5 matçda 4 qol vurub.

Qeyd edək ki, H. Çalhanoğlu 2021-ci ilin iyulundan “İnter”də çıxış edir. O, bu mövsüm klubun heyətində 38 oyunda 15 qol vurub və 3 qolun ötürməsini verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
2
teleqraf.com

3Mənbələr