AZ

Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər - “Le Figaro”

Bakı. Trend:

Fransanın “Le Figaro" qəzetində mayın 10-da Qazaxıstanın Almatışəhərində keçiriləcək Azərbaycan və Ermənistan xarici işlərnazirlərinin görüşü ərəfəsində Ermənistan-Azərbaycanmünasibətlərinin normallaşdırılması və bu prosesdə beynəlxalqvasitəçilikdən imtina mövzusuna dair geniş məqalə dərc olunub.

Trend xəbər verir ki, beynəlxalq münasibətlər üzrə ekspertSebastyan Bussuanın müəllifi olduğu məqalədə iki ölkənin xariciişlər nazirlərinin Almatıdakı görüşünün ciddi geosiyasi irəliləyişolacağı bildirilib. “Onilliklər boyu davam edən müharibədən sonrabölgədə sülhün yaradılması prosesi üçün ikitərəfli yanaşmanınbərpası ümidləri yalnız indi - dünyanın od tutub yandığı vəbeynəlxalq birliyin təkcə öz dibinə işıq sala bildiyi bir dövrdəçiçəklənir”, - deyə müəllif vurğulayıb. Onun fikrincə, Ermənistanvə Azərbaycan ilin sonuna qədər sübut edə bilərlər ki, nəinkiBirləşmiş Millətlər Təşkilatı sülhə gətirib çıxarmaq üçün çoxköhnəlib, həm də beynəlxalq vasitəçilik tendensiyası da uzaqkeçmişdə qalıb.

“Həqiqətən də Cənubi Qafqaz artıq dörd ildir ki, yekun razılığagəlməyə çalışır. Lakin ABŞ, Rusiya və Avropa İttifaqının cəhdləriheç nəyə gətirib çıxarmadı. Artıq bir neçə aydır ki, nazirlərinrəhbərlik etdiyi İrəvan və Bakıdan olan iki danışıqçı nümayəndəheyəti müntəzəm olaraq həll edilməli olan, iki ölkə arasında sonrazılaşmaya gətirib çıxaracaq və otuz ildən çox davam edənmünaqişəyə son qoyacaq bütün digər müddəaları müzakirə edir. Buhəftənin cümə günü Qazaxıstanın paytaxtı Almatıda yeni ikitərəfligörüş keçiriləcək. Ev sahibliyi edən ölkə heç bir vasitəçi roloynamayacaq, lakin bu yer böyük simvolik əhəmiyyətə malikdir:SSRİ-nin dağılması anını simvolizə edən Almatı Bəyannaməsi buradaimzalanmaqla, nəhəng Sovet İttifaqının mövcudluğuna son qoyuldu.İndi burada yenidən tarix yazıla bilər”, - deyə məqalədəvurğulanıb.

Bu yaxında danışıqlar nəticəsində 4 kəndin Azərbaycanaqaytarıldığını xatırladan Sebastyan Bussua qeyd edib ki, indigələcəyə baxmaq və əldə edilmiş razılaşmaların ilkin müddəalarınadiqqət yetirmək lazımdır. O, əldə edilmiş razılaşmanı Ermənistanınirəliləməyə hazır olmasının sübutu kimi xarakterizə edir. S.Bussua,həmçinin Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrənümayəndəsi Elçin Əmirbəyovun fikrindən sitat gətirib və qeyd edibki, bu qərar Ermənistanın baş naziri Nikol Paşinyana göstəriləntəzyiq nəticəsində edilən güzəşt kimi qələmə verilməməlidir, çünkiburada söhbət, ümumiyyətlə, Ermənistan ərazisindən getmir. “O,sadəcə beynəlxalq hüquqa müvafiq olaraq, əvvəlcədən Azərbaycanaməxsus olanı geri qaytarır”, - deyə diplomat bildirib.

Yazıda Azərbaycan tərəfdən sülh sazişi üzrə danışıqlarıniştirakçısı kimi məsələyə aydınlıq gətirilərək qeyd olunub ki,Prezident Əliyev kimi Nikol Paşinyan da sazişin yaxın gələcəkdəimzalanacağına ümid edir. Elçin Əmirbəyovun sözlərinə görə, hər ikiölkədə bu kontekstdə hətta müəyyən həvəs hiss olunur və ümid varki, sonda bu problemə son qoyulacaq.

“Erməni diasporu, erməni kilsəsi və siyasi opponentləri indi ona(Nikol Paşinyana – red.) qarşı birləşsələr də, o, artıq bir şeyibaşa düşüb: sülh onun ölkəsinə çox uzun müddət qaldığı siyasi vəiqtisadi baxımdan çıxılmaz vəziyyətdən mümkün qədər tez çıxmağaimkan verəcək”, - deyə Prezidentin xüsusi tapşırıqlar üzrənümayəndəsi əlavə edib.

Müəllif fikirlərini yekunlaşdıraraq yazıb ki, Nikol Paşinyanmütəmadi olaraq regional iqtisadi inteqrasiyanın vacibliyindən bəhsedir. Lakin bu məsələ yalnız, insanların və malların sərbəsthərəkətinə də imkan yaranması üçün, onun ölkəsi Türkiyə vəAzərbaycanla sərhəd mübahisələrini həll etdikdən sonra mümkünolacaq.

“İki ölkə arasında münasibətlərin normallaşdırılması üçün əsaslıümidin, nəhayət ki, ortaya çıxması üçün vaxt lazım oldu vəsözügedən vasitəçilərin səbəb olduğu bir çox reallaşmamışgözləntilər meydana çıxdı. Əslində, Ermənistanın artıq başqa seçimiyoxdur: ölkə mümkün qədər tez bir zamanda regional dinamikayareinteqrasiya etməlidir. Nikol Paşinyan, öz ölkəsini logistikmərkəzə çevirmək istəyir və onu dəstəkləyən ermənilərə məhz buperspektivi təqdim edir, çünki öz missiyasını sona qədər yerinəyetirə biləcəyinə ümid bəsləyir. Zəngəzur dəhlizi məsələsininhəlli, Azərbaycan üçün həm onun öz bölgəsi olan Naxçıvana birbaşaçıxışı bərpa edəcək, həm də qonşuları ilə ticarət əlaqələri qurmaqistəyən Ermənistana faydalı olacaq. Hər iki tərəf noyabrda Bakıdakeçiriləcək COP29 sammitinə (BMT-nin İqlim Dəyişmələri haqqındaÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası -red.) qədər sülh sazişinin imzalanacağına ümid edir. Əgər bugerçəkləşərsə, çox simvolik hadisə ola bilər!”, - deyə müəllifS.Bussua bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22883
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14403
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13234
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11314
Helikopterin qalıqları tapılıb
8733
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7915
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6918
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6646
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5135
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4522
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4063
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3764
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3525
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3438
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2793
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2061
Azərbaycan nefti ucuzlaşdı
1603
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1590
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1347
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332