AZ

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənildi

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı daxil edilib. Bildirilib ki, 3 may 2024-cü il tarixdə elan olunmuş gündəlikdəki ikinci məsələ – Naxçıvan Muxtar Respublikası Baş nazirinin Nazirlər Kabinetinin üzvlüyü ilə bağlı təqdimatına baxılması Naxçıvan Muxtar Respublikası Baş nazirinin 2024-cü il 7 may tarixli məktubu ilə təqdimat geri götürüldüyündən gündəlikdən çıxarılıb.

Gündəlik təsdiq olunduqdan sonra Ali Məclisin sədr müavini Anar İbrahimov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti hər il Ali Məclisin yaz sessiyasında Nazirlər Kabinetinin əvvəlki il üzrə fəaliyyəti haqqında hesabat verir.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edib. Ali Məclisin komitə və plenar iclaslarında bir çox mövzularla bağlı müzakirələrin aktiv şəkildə aparıldığını deyən Baş nazir müzakirələrin yüksək səviyyədə aparılmasına və səmərəli təşkilinə görə hökumət üzvləri adından minnətdarlıq edib. Baş nazir Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının təqdim edilməsini hökumətlə Ali Məclis arasında səmərəli və işgüzar əməkdaşlığa böyük fayda verdiyini, eyni zamanda hökumətin gördüyü işləri deputatlarla birgə müzakirə etməyə və qarşıda duran vəzifələri dəqiqləşdirməyə şərait yaratdığını diqqətə çatdırıb. Bildirib ki, muxtar respublikada həyata keçirilən islahatlar, Prezidentin müvafiq fərmanı ilə yeni idarəetmə institutunun yaradılması, bütün sahələrdə əhalinin üzləşdiyi çətinliklərin, problemlərin həllini tapmasına imkan yaradıb. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı muxtar respublika əhalisinə göstərilən növbəti diqqət və qayğının əyani ifadəsidir.

Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli, Humanitar siyasət komitəsinin sədri Elman Cəfərli, Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova və İqtisadi siyasət komitəsinin sədri İsa İsayev təmsil etdikləri komitələrin rəylərini diqqətə çatdırıblar.

Sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə komitə sədrləri İsmayıl Qəribli, Elman Cəfərli, Yeganə Məmmədova, İsa İsayev, deputatlardan Fərəc Fərəcov, Ehtimad Məmmədov, Vüqar Abbasov, Aidə Allahverdiyeva, Arif Qasımov və Nüsrət Həsənov çıxış edib, hesabatla bağlı təklif və tövsiyələrini bildiriblər. Deputatlar, həmçinin seçicilərin qaldırdıqları məsələləri hökumət üzvlərinin diqqətinə çatdırıblar.

Ali Məclisin sədr müavini Anar İbrahimov bildirib ki, hökumətin hesabatı, bütövlükdə prosedurun özü yenidir: “Bu fəaliyyət, ümumilikdə muxtar respublika, burada yaşayan vətəndaşlar üçün faydalı olacaq. Eyni zamanda möhtərəm Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifə – şəffaflığın təmin edilməsi, vətəndaşa yönəlik siyasət, hesabatlılıq və məsuliyyət üçün vacibdir. İnanıram ki, bu ilk təşəbbüs sonradan daha keyfiyyətli işlər üçün möhkəm əsas yaradacaq, bu, həm də Ali Məclisin hökumətlə birlikdə seçicilər qarşısında hesabatıdır”.

Ali Məclisin sədr müavini deyib ki, ötən ilin əsas siyasi hadisəsi ölkə Prezidenti tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafina dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiqi idi. Həmin proqramda da əsas icraçılar arasında adı ən çox təkrarlanan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetidir.

“Hökumətdən gözlənti ilk olaraq icra intizamını gücləndirməkdir. Bu məsələ diqqətdə saxlanmalı və qanunun aliliyi təmin edilməlidir. Bütövlükdə hökumət onun qarşısına qoyulan vəzifələri həyata keçirib. Onun ayrı-ayrı sahələrinin fəaliyyətinin təhlili bunu deməyə əsas verir. İctimai sabitlik təmin olunub, polisə bir institut kimi inam artıb, hesab edirəm ki, bu uğurdur. Dövlət-din münasibətləri, dini siyasət muxtar respublikada yüksək səviyyədə aparılır, institusional əsasda sosial təminat sitemində, sözün əsl mənasında, islahatlar aparılıb, bunu görməmək olmaz. Yeni formalaşan İqtisadiyyat Nazirliyinin düşünülmüş inkişaf və idarəetmə konsepsiyası var, vergi yığımında ciddi irəliləyişlər əldə olunub. İnanıram ki, bu yanaşma bir çox problemlərin həllinə şərait yaradacaq. Digər təşkilatların da adını çəkmək olar. Təbii ki, bütün bunlar yeniliklərin tətbiq edilməsi ilə bağlıdır. Hesab edirəm ki, biz məsululiyyətli, vətəndaşa, onun problemlərinə dair tələbkar olmalıyıq. Muxtar respublikada biznesin inkişafı, investisiyaların cəlbi, iş yerlərinin yaradılması qanunun aliliyinin təmin edilməsindən keçir”, – deyə Ali Məclisin sədr müavini əlavə edib.

Anar İbrahimov bu işdə Ali Məclis adından hökumətə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov və Daxili işlər naziri Süleyman Neymətov deputatların səsləndirdiyi sual və təkliflərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətiriblər.

İclasda “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov deputat Cəbi İsmayılova Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında və səhiyyə sistemində səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanını və deputat Vüqar Abbasova isə Naxçıvan Muxtar Respublikasında iqtisadi sahədə səmərəli fəaliyyətinə görə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanını təqdim edib. Anar İbrahimov, eyni zamanda deputat Turan Məmmədlini may ayının 13-də 40 yaşının tamam olması münasibətilə Ali Məclis adından təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Bununla da Ali Məclisin iclası başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13240
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10394
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8914
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2789
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2376
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2123
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2009
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1802
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1511
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1438
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
928
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
667
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
658
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
606
Arda Gülər dayanmır, yenə fərqləndi -
566
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
554
Azərbaycan nefti ucuzlaşdı
499
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
482