AZ

Ankarada Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)

Mayın 8-də Ankara şəhərində Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib.

Olaylar.az xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Biznes Forumun açılışında iştirak ediblər.

Ə.Əsədov və C.Yılmaz açılış mərasimində çıxış etdilər.

Tədbirdə Azərbaycanda və Türkiyədə mövcud olan biznes və investisiya mühiti barədə məlumat verildi, iki ölkənin hökumətlərinin bundan sonra da biznes dairələri arasında dialoqun təşviqinə dəstək vermək əzmində olduqları bildirildi.

Biznes Forum çərçivəsində Azərbaycan və Türkiyənin iş adamları arasında ikitərəfli görüşlər keçirildi.

18:40

Türkiyənin paytaxtı Ankarada Türkiyə-Azərbaycan Biznes Forumu keçirilir.

Olaylar.az-ın məlumatına görə, Forum Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 11-ci Müddətli Toplantısı ilə əlaqədar Xarici İqtisadi Əlaqələr Şurasının və Türkiyə Palatalar və Birjalar Birliyinin əməkdaşlığı ilə baş tutur.

Forumda Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz iştirak edir.

Ankarada
Ankarada
Ankarada
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
18
olaylar.az

10Mənbələr