AZ

Avropa çempionatı öncəsi cüdoçularımız Göygöldə yığışdı

Avropa Cüdo Birliyinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə 6-8 may tarixlərində Göygöl Olimpiya İdman Kompleksində beynəlxalq təlim-məşq toplanışı keçirilib.

Offsideplus.az xəbər verir ki, hazırlıq prosesində Azərbaycanın yeniyetmə qızlardan və oğlanlardan ibarət cüdoçuları ilə yanaşı ümumilikdə Fransa, Yunanıstan, Qırğızıstan, Sloveniya, Ukrayna, Özbəkistan, Serbiya, Qazaxıstan və fərdi neytral idmançılar olmaqla 200-ə yaxın idmançı iştirak edib.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edib.
Təlim-məşq toplanışı 27 -30 iyunda Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
5
offsideplus.az

6Mənbələr