AZ

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov mayın 8-də bu ölkənin enerji keçidi və davamlı inkişaf naziri Leila Benali ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə səfir sosial şəbəkə hesabında məlumat verib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında enerji, ətraf mühit və davamlı inkişaf kimi mövzularda ikitərəfli əməkdaşlıq, eləcə də Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məsələləri müzakirə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq