AZ

Gürcüstandan Azərbaycana avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alındı (FOTO)

Ölkəyə avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb.

Olaylar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Gürcüstan istiqamətindən Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postuna daxil olan, ilkin qeydiyyat mərhələsini keçdikdən sonra təyinat gömrük orqanına göndərilən nəqliyyat vasitəsinin GPS qurğusunun hərəkətinə əsasən marşrutdan çıxdığı müəyyən edilib.

Gömrük əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə nəqliyyat vasitəsinin yeri müəyyən edilərək saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, faktiki sahibi tərəfindən nəqliyyat vasitəsinin yük yerinin qapısına "Qırmızı Körpü" gömrük postunda vurulmuş gömrük təminat vasitəsi olan plomb və "GPS" qurğusu onların tamlığı pozulmadan yük yerinin qapısındakı dayaqlar (vintlər) sökülməklə ayrılıb.

Daha sonra təyinat gömrük orqanında alınan gömrük ödənişlərindən yayınmaq məqsədilə mal-müşayiət sənədlərində qeyd olunmayan, əksəriyyəti istehsal ili yeni və "Land Rover" markasına aid 70 adda ehtiyat hissələri boşaldılıb, onların yerinə isə yararsız vəziyyətdə, istehsal ili köhnə olan ehtiyat hissələri və nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olarkən yüklə birgə qeydə alınmış ilkin çəkisini nizamlamaq üçün qum yüklənib.

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində fakt üzrə qeyd olunan şəxslərin əvvəllər də oxşar əməllərə yol verib-verməmələri, qanunazidd əməllərin tam aşkara çıxarılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Gürcüstandan
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12443
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9158
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8718
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2495
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2188
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1944
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1817
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1641
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1227
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1022
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
773
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
545
Arda Gülər dayanmır, yenə fərqləndi -
500
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
436
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
419
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
418
Arda dubl etdi - VİDEO
412
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
400