AZ

Gürcüstanda leysan nəticəsində 1 nəfər ölüb, 1 nəfər itkin düşüb

Bakı. Trend:

Gürcüstan ərazisində yağan leysan yağışları paytaxt Tbilisi dədaxil olmaqla, bir neçə rayonda ciddi fəsadlar törədib.

Trend xəbər verir ki, təbii fəlakət Kaspi rayonunda bir nəfərinhəyatına son qoyub.

Belə ki, Kaspi rayonu ərazisindən keçən Kavtura çayı məcrasındaçıxıb və sel suları Kavtisxevi kəndi ərazisində içərisində 3nəfərin olduğu minik avtomobilini aparıb. Nəticədə 1 nəfər ölüb, 1nəfər xilas edilib. Üçüncü şəxsin axtarışları isə davam edir.

Qori rayonu ərazisindəki Medcuda və Tortla çayları daməcrasından çıxaraq 4 kəndin və məcburi köçkünlərin məskunlaşdığıKaraleti qəsəbəsini su basıb. 70-dən çox evin birinci mərtəbəsinəvə ictimai-iaşə obyektinə su dolub.

Tianeti bələdiyyəsi ərazisindəki 10 kəndlə əlaqə tam kəsilib.Leysan yağışları və sel suları magistral yolları, qaz kəmərlərini,elektrik dirəklərini dağıdıb, təsərrüfat sahələri yararsızvəziyyətə düşüb.

Paytaxt Tbilisinin “Köhnə Tbilisi” adlanan hissəsindəki DmitriKipiani küçəsində torpaq sürüşməsi nəticəsində evin divarı uçub.Xəsarət alan olmasa da evlərə ciddi ziyan dəyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
11
Mənbələr
Şərh ()
Bağla