AZ

Ceyhun Bayramov İsrail XİN-in siyasi direktoru ilə görüşdü (FOTO)

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail DövlətininXarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun arasındagörüş keçirilib.

XİN-dən Trend-ə bildirilib ki, görüş zamanı, ikitərəfli vəçoxtərəfli münasibətlərin müxtəlif aspektləri, o cümlədən iki ölkəarasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar və s.istiqamətlərdə əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədəmüzakirə aparılıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfi post-münaqişə dövründəregionda mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb.

Görüş çərçivəsində həmçinin geniş narahatlıq doğuran beynəlxalqvə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İsrail nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsindəAzərbaycan Respublikası ilə İsrail Xarici İşlər Nazirlikləriarasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.Məsləhətləşmələrdə, Azərbaycan Respublikasının nümayəndə heyətinəxarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail nümayəndəheyətinə isə Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza BinNun rəhbərlik edib.

Ceyhun
Ceyhun
Ceyhun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
40
Mənbələr
Şərh ()
Bağla