AZ

Cevdet Yılmaz: Türkiyə-Azərbaycan əməkdaşlığının türk dünyası ölkələrinə də nümunə olacağını düşünürəm

“Türkiyə-Azərbaycan arasında əməkdaşlığın bölgəmizə və türk dünyası ölkələrinə də nümunə olacağını düşünürəm”.

APA xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Türkiyə-Azərbaycan biznes forumunda çıxışında deyib.

O bildirib ki, xüsusilə Cənubi Qafqazda sülhün yaranması, normallaşmanın hakim olması ilə birlikdə regional rifahın artacağına və bundan bütün ölkələrin istifadə edəcəyinə inanır: “Azad edilmiş ərazilərin yenidənqurulması və bərpasında türk özəl sektorunun çox mühüm rol oynayacağına inanıram”.

O qeyd edib ki, Azərbaycanda 6000 qeydiyyatda olan türk şirkəti var və aktiv olanların sayı 4000-dən çoxdur: “Bu sayın artmasını istəyirik. Azərbaycandan da Türkiyəyə gələn və sərmayə qoyan 3000 şirkət var. Podratçılıq sektoru da Azərbaycanla əlaqələrimizdə əsas yeri təşkil edir. İşğaldan azad olunan ərazilər başda olmaqla bu günə qədər 19,3 milyard dollar dəyərində 526 layihəni podratçılarımız üzərinə götürüb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
apa.az

1Mənbələr