AZ

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir -Fotolar



aia.az xəbər verir ki, 08 may 2024-cü il tarixdə YAP Qazax rayon təşkilatının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Günbəgün reallaşan ilahi arzular” mövzusunda tədbiri keçirildi.

Tədbir Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulması ilə başlandı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi, suverenliyimizin bərpası uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundakı müstəsna xidmətlərindən ətraflı danışdı. Rayon təşkilatının sədri qeyd etdi ki, Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf dövrü kimi şanlı dövlətçilik tariximizə qızıl hərflərlə yazılmışdır. A.Nəbiyev vurğuladı ki, xalqımızın Böyük Xilaskarı, Dahi Rəhbər Heydər Əliyev cismən aramızda olmasa da, xoşbəxtliyimiz ondadır ki, onun ideyaları, ilahi arzuları Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında günbəgün, zaman - zaman həyata keçir, müstəqil Azərbaycanımız hər gün yeni bir uğura, nailiyyətə, qələbəyə imza atır.
Tədbirdə partiya veteranı Bəsti Ələkbərova, BDU Qazax filialının IV kurs tələbəsi Könül Butayeva, Qazax Dövlət Sosial İqtisadi Kollecinin tarix müəllimi Mətanət Kazımova, çıxış edərək Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı çoxşaxəli fəaliyyətindən, müstəqil Azərbaycanımızın xoş - firavan gələcəyi naminə həyata keçirdiyi möhtəşəm layihələrdən, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz qazanmasındakı misilsiz xidmətlərindən danışdılar. Natiqlər bu gün Ulu Heydər Əliyev ideyalarının, onun dəsti - xəttinin Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında əzmlə, uğurla davam etdirilməsindən də geniş bəhs etdilər.

Partiya veteranı, şair Cavanşir Rüstəm, Kazım Kazımlı çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı bəhs edərək, Ulu Öndərə həsr etdikləri şeirlərini səsləndirdilər.
Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər və müxtəlif ədəbi – bədii kompozisiya ilə çıxış etdilər.

Sonda yüksək siyasi fəallıq göstərən partiya üzvlərindən bir qrupu YAP Qazax rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olundular. YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə partiya üzvlük vəsiqələri təqdim edildi.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
269
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13525
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10795
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9014
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2875
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2416
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2183
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2028
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1825
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1648
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1510
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
962
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
737
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
663
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
632
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
602
Azərbaycan nefti ucuzlaşdı
582
Arda Gülər dayanmır, yenə fərqləndi -
578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
573