AZ

Qəbələdə ərazini su basdı, 2 nəfər köməksiz qaldı - VİDEO

Qəbələ rayonunun Bunud kəndində intensiv yağıntılar səbəbindən ərazi subasmaya məruz qalıb.

Bakupost.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, nəticədə fərdi yaşayış evində 2 azyaşlı köməksiz vəziyyətdə qalıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qrupu cəlb olunub.

Xilasedicilər tərəfindən köməksiz vəziyyətdə qalan azyaşlılar təhlükəsiz əraziyə təxliyə ediliblər.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
2
bakupost.az

10Mənbələr