AZ

Qəbələdə ərazini su basdı, 2 nəfər köməksiz qaldı - Video

Qəbələ rayonunun Bunud kəndində intensiv yağıntılar səbəbindən ərazi subasmaya məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, nəticədə fərdi yaşayış evində 2 azyaşlı köməksiz vəziyyətdə qalıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qrupu cəlb olunub.

Xilasedicilər tərəfindən köməksiz vəziyyətdə qalan azyaşlılar təhlükəsiz əraziyə təxliyə ediliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
12
axar.az

10Mənbələr