AZ

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub -FOTO

Mayın 8-də Xətai rayonunda Azərbaycan Silahlı Qüvvələrinin şəhid polkovniki, Milli  Qəhrəman İlqar Mirzəyevin büstünün açılış mərasimi keçirilib. Büst şəhidin adını daşıyan Xətai rayonu, 98 saylı tam orta məktəbin qarşısında qoyulub.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək polkovnik İlqar Mirzəyevin şərəfli həyat yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıqdan söz açıb. Bildirib ki, hər bir xalqın taleyində qəhrəmanlar var. Tarixi şəraitdən asılı olaraq Vətən, millət qarşısında taleyüklü məsələlərin həllində xüsusi rol oynayan şəxsiyyətlər, cəsarətli insanlar öz xalqının tarixinə qəhrəman kimi düşürlər. Onların adı ölkələrinin adı ilə qoşa çəkilir. Belə igidlərdən biri də qəhrəmanlıq simvolu kimi tanınan və hər bir azərbaycanlı üçün qürur mənbəyi olan İlqar Mirzəyevdir. Polkovnik İlqar Mirzəyev 2020-ci il iyulun 14-də Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

R.Quluyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamına əsasən, İlqar Mirzəyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq müqəddəs şəhidlik zirvəsinə ucalmış, gənc nəslə örnək nümunəsi, hərb tariximizin ləyaqətli siması, öz məğrurluğu, hünəri ilə adı tariximizə əbədi yazılan Azərbaycanın Milli Qəhrəmanı, polkovnik İlqar Mirzəyevin xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə qeyd edib ki, bu gündən etibarən 98 saylı tam orta məktəbin həyatında yeni bir dönəm başlayır. Bu məktəbdə təhsil alanlar şagirdlərin, onların valideynlərinin, tədris aparan müəllimlərin üzərinə kifayət qədər məsuliyyətli və şərəfli bir vəzifə düşür. Bu gün Milli Qəhrəman İlqar Mirzəyevin, hər bir azərbaycanlının fəxri olan bütün şəhidlərimizin ruhları şaddır. İlqar Mirzəyev adına tam orta məktəbdə təhsil almaq kifayət qədər böyük məsuliyyətdir. Ona görə də şagirdlər çox yaxşı oxumalı, qəhrəmanlarımızın həyat amalına uyğun böyüməlidirlər. Onlar bu qəhrəmanlardan xalqını, Vətənini, dövlətini sevmək nümunəsini öyrənməlidirlər. 98 saylı məktəbə gələn hər bir insan bu qəhrəmanların keçdikləri döyüş yolunu xatırlayacaqlar. Bütün şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm.

Vüqar Rəhimzadə bildirib ki, Tovuz döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Həmin döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrini darmadağın edərək torpaqlarımızı işğalçılardan təmizlədi. Düşmənə sarsıdıcı zərbə vuran ordumuz şəhidlərimizin qanını yerdə qoymadı.

Şəhid valideynlərindən mayor Rüfət Əsgərovun atası, Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Vətən Müharibəsi Qəhrəmanı,  kapitan Ceyhun Həsənovun atası Aydın Həsənov, Sübhan Abdurahmanlının anası, Xətai Rayon Şəhid Ailələri Müdafiə Cəmiyyətinin sədri Mehriban Abdurahmanlı çıxışlarında onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinin daim uca tutulduğuna görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 

Heydər Əliyev adına Hərbi İnstitutun rəis əvəzi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov şəhidin yüksək insani və peşəkar hərbçi keyfiyyətlərinə malik olduğunu vurğulayıb, İkinci Qarabağ müharibəsində qəhrəman əsgər və zabitlərimizin göstərdikləri şücaətdən söz açıb.

Şəhidin qardaşı Rafael Mirzəyev Milli Qəhrəmanla bağlı xatirələrini bölüşüb, İ.Mirzəyevin şərəfli həyat və döyüş yolundan söz açıb. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya, o cümlədən qardaşının xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə, qədirbilən xalqımıza təşəkkür edib.

Sonra 98 saylı məktəbin şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirilib. Şagirdlərin ifasında Milli Qəhrəmana, Vətənə həsr olunmuş şeirlər səslənib, ədəbi-bədii kompozisiya nümayiş olunub.

Cavid Əkbər,
Vüsal Cahanov (foto),
“İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
15338
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11743
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9511
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3501
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2810
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2781
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2618
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2285
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1935
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1845
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1287
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
938
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
879
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
871
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
829
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
823
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
762
Mayın ilk gününün havası açıqlanıb
727
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721