AZ

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

Bakı. Trend:

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyevbu ölkənin Rəyasət Heyətinin xorvat üzvü Jelko Komşiçlə görüşüb vəPrezident İlham Əliyev tərəfindən ona ünvanlanmış BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasına (COP29) dəvət məktubunu təqdim edib.

Trend xəbər verir ki, görüşdə səfir Azərbaycanda COP29-ahazırlıqla bağlı işlər və “yaşıl enerji”yə keçid sahəsində icraedilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.

J.Komşiç Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəkiaparılan yenidənqurma işləri ilə maraqlanıb. O, hələ ki,Azərbaycanda səfərdə olmadığını, lakin Prezident İlham Əliyevinrəhbərliyi ilə ölkəmizdə görülən işləri və aparılan islahatlarıyaxında izlədiyini deyib.

Söhbət zamanı Azərbaycan-Bosniya və Herseqovina əlaqələriningeniş spektri üzrə fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq