AZ

Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirin Ukraynanın bərpası üçün istifadəsinə dair siyasi razılıq əldə olunub

Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirin Ukraynanın bərpası üçün istifadə olunması barədə ilkin razılıq əldə olunub.

Bu barədə Aİ Şurasına sədrlik edən Belçika hökuməti məlumat yayıb.

Bildirilib ki, Aİ səfirləri Rusiyanın immobilizasiya edilmiş aktivlərindən qaynaqlanan gəlirlərlə bağlı tədbirlər haqqında prinsipial razılığa gəliblər.

“Pul Rusiya təcavüzü kontekstində Ukraynanın bərpası və hərbi müdafiəsini dəstəkləməyə xidmət edəcək”, – məlumatda qeyd olunub.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen müvafiq razılaşmanı təqdir edib. Aİ rəsmisi bu barədə “X” hesabında paylaşım edib: “Mən Rusiyanın immobilizasiya edilmiş aktivlərindən əldə edilən gəlirlərin Ukrayna üçün istifadə edilməsi təklifimizlə bağlı bugünkü siyasi razılaşmanı alqışlayıram. Bu, Ukraynanı və bütün Avropanı yaşamaq üçün daha təhlükəsiz yerə çevirməkdən daha güclü simvol və daha böyük fayda ola bilməz”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
49
Mənbələr
Şərh ()
Bağla