AZ

“Biz onun səviyyəsinə enmərik" – Aygün Bəylərin bacısından tiktokerə SƏRT CAVAB

Tez-tez "TikTok" platformasında diqqəti cəlb edən fikirlərlə çıxış edən Ləman Vəliyeva bu dəfə də medianın gündəmindədir.

O, mərhum əməkdar artist Aygün Bəylər barəsində canlı yayında qeyri-etik ifadələr işlədib. Mərhumun ailəsi hadisə ilə bağlı polisə şikayət edib.

7News.Az lent.az-a istinadən bildirir ki, əsələni daha dəqiq aydınlaşdırmaq üçün Lent.az-ın əməkdaşı Aygün Bəylərin bacısı Zümrüd Hümbətova ilə əlaqə saxlayıb.

Zümrüd Hümbətova saytımıza açıqlamasında bildirib ki, onlar sosial şəbəkədən başqa, bir başa polisə gedərək şikayət etməyib:

"Biz heç kimi şikayət etməmişik. Amma Ləman Vəliyevanın üzr videosunu mənə göndərdilər. Bizi tanıyan tanıyır, bilən bilir. Bu cür insanlara baş qoşmuruq. Hamı bilir ki, o insan problemlidir. Biz onun kimi insanın səviyyəsinə enmərik. Məsələ ilə bağlı Aygünün rəsmi səhifəsində onun prodüseri Sultan paylaşım edib. Amma ilk növbədə Ləmanın cavabını Aygünün sənət yoldaşları verməliydi. Səhv etmirəmsə, Səidə Sultandan başqa heç kim reaksiya verməyib. Səidə Sultan və onun kimiləri sağolsun ki, Aygünün ruhuna hörmət edir, onun sənətini qoruyurlar. Jurnalistlərə də qırğınam. Çünki Aygünün mahnısını yeni aranjımanda ifa etdim. Amma heç kim maraqlanmadı. İndi isə tiktoker Ləman məsələsi çıxıb deyə reytinq xətrinə hər kəs maraqlanır". 
Qeyd edək ki, Ləman Vəliyeva canlı yayımda "biri var, Aygün Kazımovaya udursan, biri də var Aygün Bəylərə uduzursan" deyib, daha sonra isə xoşagəlməz ifadə işlədib. 

Bunun ardından xanəndənin yaxınları ona aid olan instagram hesabında məsələyə reaksiya verərək, polisə müraciət ediblər:

"Aygün Bəyləri hansısa tiktoker təhqir edir. Xahiş edirəm, məsələ nəzarətə alınsın".

Polisdən aldığımız məlumata görə, bu məsələ ilə bağlı heç bir rəsmi müraciət daxil olmayıb. 
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13538
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10804
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9018
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2875
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2428
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2183
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2028
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1825
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1663
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1510
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
964
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
739
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
663
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
632
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
602
Azərbaycan nefti ucuzlaşdı
583
Arda Gülər dayanmır, yenə fərqləndi -
578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
573