AZ

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakı, 8 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin növbəti mərkəzləşdirilmiş elmi seminarı keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi kimya üzrə fəlsəfə doktoru Aynurə Kərimova “Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi: xərçəngə qarşı terapevtik potensialın tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi “Nanotibb və dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi” mövzusunda icmal məlumatları təqdim edib.

Aynurə Kərimova terapiyanın effektivliyinin nanohissəciklərin köməyi ilə artırılması imkanları və qarşıda dayanan əsas maneələrdən, nanoterapiyada istifadə olunan nanohissəciklər, onların quruluş və xassələrinə qoyulan əsas tələblərdən danışıb. Daha sonra “İnsan kolon karsinoma hüceyrələrində şişə qarşı effektivliyi artırmaq üçün xrizin yüklənmiş maqnetit nanohissəciklərinin səthinin müxtəlif modifikasiya strategiyaları” mövzusunda apardığı elmi tədqiqat işində kimyəvi yolla sintez edilmiş və sonradan səthi funksionallaşdırılmış maqnetit nanohissəciklərin quruluş xüsusiyyətləri, dərman yükləmə effektivliyi və dərman daşıyıcı da daxil olmaqla müxtəlif parametrlərin tənzimlənməsi məsələlərini açıqlayıb. Aynurə Kərimova cari ilin əvvəlində tədqiqatlar aparmaq üçün Almaniyanın Akademik Mübadilə Xidmətinin müvafiq proqramının dəstəyi ilə Heydelberq Universitetinin Manhaym Tibb Mərkəzində elmi ezamiyyətdə olarkən sintez etdiyi nanohissəcik-daşıyıcı və dərman sistemlərinin HCT-116 hüceyrə xətlərində şişə qarşı effektivliyin yoxlanılması istiqamətində tədqiqat aparıb.

Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14259
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11287
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9199
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3071
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2604
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2333
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2261
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2154
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1841
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1630
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
809
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
770
Azərbaycan nefti ucuzlaşdı
757
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
723
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
692
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
677
Arda Gülər dayanmır, yenə fərqləndi -
604