AZ

Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü KEÇİRİLİB

Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilib

"Unikal" xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Bolqarıstanın energetika nazirinin vəzifəsini icra edən Vladimir Malinovun iştirakı ilə keçirilən görüşə rəsmilərlə yanaşı, sənaye, nəqliyyat, logistika, İKT, neft-qaz, ticarət və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlərin nümayəndələri qatılıb. 
Görüşdə Azərbaycan - Bolqarıstan əlaqələrinin dövlət başçılarıın siyasi iradəsi nəticəsində dinamik inkişaf etdiyini vurğulanıb. Bu gün Bakıda imzalanan “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirilib. Keçirilən müzakirələrin və səmərəli danışıqların perspektiv sahələr üzrə işbirliyinin möhkəmləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi üçün yaxşı zəmin olacağına əminlik ifadə olunub.
Yeni təşəbbüslərin reallaşdırılması üçün hər iki ölkənin biznes nümayəndələri  AZPROMO və  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstək mexanizmlərindən yararlanmağa dəvət olunub. Tərəflər enerji ixracı, o cümlədən “yaşıl” və bərpaolunan enerji layihələrində əməkdaşlıq potensialının güclü olduğunu diqqətə çatdırıblar. 
Məlumat verilib ki, iki ölkə arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Təkcə 2024-cü ilin birinci rübündə qarşılıqlı ticarət təxminən dörd dəfə artaraq 153 milyon ABŞ dollarına çatıb, ixracımız isə illik dörd dəfədən çox artaraq 146 milyon ABŞ dolları təşkil edib. Bolqarıstan hazırda Azərbaycanın ən çox ixrac həyata keçirdiyi ölkələrdən biridir. Eyni zamanda, Azərbaycanda Bolqarıstan investisiyalı kommersiya qurumları sənaye, tikinti, ticarət və xidmət sahələrində aktiv fəaliyyət göstərir. Bununla belə, xüsusən də qeyri-neft sektoru - kiçik və orta sahibkarlıq, rəqəmsal iqtisadiyyat və innovasiya, eləcə də nəqliyyat və tranzit sektorlarında əlaqələri genişləndirmək üçün imkanlar var. 
Görüşdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və  Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının icraçı direktoru Bratan Bratanov işgüzar münasibətlərin inkişafı üçün hər iki tərəfdə əlverişli şəraitin olduğunu nəzərə çatdıraraq, investisiya mühiti və biznes imkanları ilə bağlı məlumat veriblər. 
Tədbirdə “Silk Way” və Bolqarıstanın “DRONAMİCS” şirkətləri arasında dron əsaslı yük xidmətlərinin inkişafı üzrə imzalanmış sənədlərin mübadiləsi olub. Sənədə əsasən, tərəflər yüklərin daşınması sahəsində texnologiyalar və xidmətləri birgə inkişaf etdirəcək. 
Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən Bolqarıstanın “Caspian Lubricants Recycling” şirkətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olması ilə əlaqədar şəhadətnamə təqdim edilib. Bununla da Sənaye Parkının rezidentlərinin sayı 41-ə çatıb. 
Görüşdə iştirak edən şirkətlərin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə məlumat verilib, tərəfdaşlıq imkanları müzakirə edilib. Tədbir B2B görüşlərlə davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
224
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13541
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
10808
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9018
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2875
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2432
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2183
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2028
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1825
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1677
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1510
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
964
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
739
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
663
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
632
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
602
Azərbaycan nefti ucuzlaşdı
584
Arda Gülər dayanmır, yenə fərqləndi -
578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
573