AZ

MARİ EL RESPUBLİKASI AZƏRBAYCAN XALQININ FAŞİZMƏ QARŞI BİRGƏ MÜBARİZƏYƏ VERDİYİ TÖHFƏNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR

Azərbaycanlılar keçmiş SSRİ-nin digər xalqları ilə birlikdə dəhşətli məşəqqət və müsibətlər keçirmiş, faşizm üzərində ümumi Qələbə uğrunda Böyük Vətən Müharibəsi cəbhələrində qəhrəmancasına vuruşmuşlar.

Azərbaycan xalqı faşist Almaniyası üzərində qələbə yolunda Sovet İttifaqı xalqlarının ümumi ailəsinə çox böyük töhfə verdi. Azərbaycan xalqı Böyük Vətən Müharibəsi cəbhələrində göstərdiyi qəhrəmanlıqlar, arxa cəbhədə gündəlik fədakar əməyi ilə Böyük Qələbəni daha da yaxınlaşdırdı.

24 may 2024-cü ildə Mari El Respublikasında "Təzadlar" qəzetinin təsisçisi və baş redaktoru Asif Mərzilinin "Sonuncu əmr" və Rusiya Azərbaycanlılarının Regionlararası Birliyinin Koordinasiya Şurasının həmsədri Qasım Kərimovun “1941-1945-ci illərdə faşizm üzərində Qələbədə Azərbaycanın töhfəsi” kitablarının təqdimatı keçiriləcək. "Sonuncu əmr" kitabında əfsanəvi kəşfiyyatçı, Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun döyüş yolundan, “1941-1945-ci illərdə faşizm üzərində Qələbədə Azərbaycanın töhfəsi” kitabında isə azərbaycanlıların arxa cəbhədə göstərdikləri qəhrəmanlıqlardan, milli Azərbaycan diviziyalarından, keçdikləri hərbi yoldan, Azərbaycan oğullarının İkinci Dünya müharibəsi cəbhələrində göstərdikləri şücaətlərdən bəhs edilir.

“Sonuncu əmr” romanını PDF formatda əldə edərək oxudum. “1941-1945-ci illərdə faşizm üzərində Qələbədə Azərbaycanın töhfəsi” kitabının isə bir neçə nüsxəsi Mari El Respublikası ərazisinə gəlib çatmışdır.

Bu barədə "SM-News" İnformasiya Agentliyinin müxbirinə danışan Mari El Respublikası Azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin sədri Hüseynov Oqtay Əsgərxan oğlu həmçinin 1941-1945-ci illərdə faşizm üzərində Böyük Qələbənin Azərbaycan xalqı üçün nə qədər önəmli olmasından söz açıb.

“Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümü ərəfəsində anım tədbirləri çərçivəsində Azərbaycan diasporunun yerli nümayəndələrinə hədiyyə edilmiş “1941-1945-ci illərdə faşizm üzərində Qələbədə Azərbaycanın töhfəsi” kitabından 5 nüsxə əldə etmişik. S.G. adına Milli Kitabxanada azərbaycanlıların öz guşəsi var. Kitabın bir nüsxəsini ora bağışladım ki, hamı oxusun. Bu kitab Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə ehtiramdır”, - Oqtay Hüseynov deyib.

oqtay-huseynov-maei-el

Müharibə illərində neft sənayesi işçiləri gecə-gündüz dörd növbə ilə çalışaraq cəbhəni yüksək keyfiyyətli yanacaqla fasiləsiz təmin etmək üçün mübarizə aparırdılar.

“1941-ci ildə Bakı neftçiləri 930 min metr qazıblar ki, bu da 752 quyunun istismara verilməsinə imkan verib. Həlledici dövrdə ölkəyə 23 milyon 541 min ton neft daxil olub. Bu, Azərbaycanın neft sənayesinin bütün tarixində rekord göstərici idi. Bütövlükdə müharibə illərində 75 milyon ton neft hasil edilib ki, bu da bütün sovet neftinin dörddə üçünü təşkil edirdi”, - deyə Oqtay Hüseynov Azərbaycan xalqının faşizm üzərində Qələbəyə verdiyi töhfələrdən bəhs edən kitabın səhifələrindən sitat gətirib.

Moskva yaxınlığında sarsıdıcı məğlubiyyətdən sonra Alman ordusu 1942-ci il hərbi kampaniyasını davam etdirmək üçün yanacaq ehtiyatlarını bərpa etməli oldu. Hitler 41 saylı Direktivi imzaladı - son məqsədi Qafqaz neftini ələ keçirmək idi. 23 iyul 1942-ci ildə Edelveys planı qəbul edildi. Lakin sovet əsgərlərinin, o cümlədən azərbaycanlıların şücaəti sayəsində hər şey uğursuzluqla başa çatdı.

Kitaba görə, 128 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adı alıb. Azərbaycan SSR-dən 700 minə yaxın Qırmızı Ordu əsgəri cəbhəyə getmiş, 300 mini Böyük Vətən müharibəsi cəbhələrində həlak olmuş, itkin düşmüş və geri qayıtmamışdır.

“Mənim ailəmdə üç nəfər Böyük Vətən Müharibəsi cəbhələrində döyüşüb. Onların hamısı almanlar tərəfindən əsir götürüldü. Onlardan ikisi evə qayıtmayıb. Əmim itkin düşüb. Və mənim ata tərəfdən olan babamı faşistlər vəhşicəsinə qətlə yetiriblər. Onun kommunist olduğunu bilib üstünə it salıb öldürüblər. Ana babam evə qayıtdı. O, qarda ayaqyalın faşist əsirliyindən qaçaraq xilas olub, ağır xəsarətlər alıb və bu səbəbdən də çox yaşamadı”, - Oqtay Hüseynov xatırlayır.

Elbar ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12501
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9234
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8730
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2516
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2200
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1950
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1828
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1645
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1233
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1042
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
776
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
545
Arda Gülər dayanmır, yenə fərqləndi -
505
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
437
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
429
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
424
Arda dubl etdi - VİDEO
412
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
400