AZ

Avropa Cüdo İttifaqından Elcan Hacıyev haqqında yazı

“Elcan Hacıyev üçün çox uğurlu ildir”.

İdman.biz xəbər verir ki, Avropa Cüdo İttifaqının rəsmi saytı azərbaycanlı cüdoçu haqqında yazı dərc edib.

Yazıda yığmamızın üzvünün Astana start götürəcək “Böyük Dəbilqə”dəki şanslarından bəhs edilib. Zaqrebdə Avropa çempionu tituluna yiyələnən Elcanın dünya reytinqindəki şansları dəyərləndirilib: “Astanada dünya çempionları və qitə çempionatının finalçıları yarışacaqlar. Hacıyev öz çəkisində səpələnmişlər arasında 7-ci olacaq. O, “Böyük Dəbilqə”də qələbə sayəsində reytinq cədvəlində komanda yoldaşı Murad Fətiyevi arxada qoyacaq. Elcanın arzusu daha tez reallaşa, Olimpiya vəsiqəsinə çox yaxınlaşa bilər”.

Qeyd edək ki, son reytinq cədvəlində 90 kq çəki dərəcəsində Murad Fətiyev 12-ci, Elcan Hacıyev isə 19-cu pillədə qərarlaşıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
idman.biz

1Mənbələr