AZ

Hava keyfiyyəti ilə bağlı beş avtomatik stansiya quraşdırılıb - Gülnarə Abbasova

2019-cu ildən başlayaraq ölkədə mövcud olan hava keyfiyyəti üzrə monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb, beş avtomatik rejimdə çalışan stansiya quraşdırılıb.

Trend-in məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, avtomatik stansiyalar Bakı şəhərində 3 ədəd, Sumqayıt və Gəncə şəhərlərində isə 1 ədəd olmaqla quraşdırılıb:

"Stansiyalardan atmosfer havasındakı toz hissəcikləri və qaz birləşmələrinin monitorinq nəticələri əldə olunaraq Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzinə ötürülür. Monitorinq stansiyaları ilə əhatə olunmayan ərazilərdə isə hava keyfiyyətinin operativ qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
4
Mənbələr
Şərh ()
Bağla