AZ

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının nümayəndə heyətləri ilə görüş keçirildi (FOTO)

Bakı. Trend:

Mayın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini –Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Vyetnam-Azərbaycan vəLaos-Azərbaycan dostluq qruplarının nümayəndə heyətlərini qəbuledib.

Trend xəbər verir ki, qonaqları salamlayan YAP Sədrinin müavini– Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın istərVyetnam, istərsə də Laosla xüsusilə də BMT və Qoşulmama Hərəkatıçərçivəsində səmərəli əməkdaşlıq əlaqələrinə malik olduğunu qeydedib.

Xalqlarımız arasındakı münasibətlərin təməlinin hələ SSRİdövründə qoyulduğunu diqqətə çatdıran Tahir Budaqov Vyetnamxalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, xalqımızınÜmummilli Lideri Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrininbirinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin tarixiəhəmiyyətinə diqqəti cəlb edib.

O, həm Vyetnam, həm də Laosdan olan çox sayda tələbənin SSRİdövründə Azərbaycanda ali təhsil aldıqlarını, onlardan bir çoxununölkələrinə qayıtdıqdan sonra yüksək vəzifələrdə çalışdıqlarını vəictimai-siyasi həyatda fəal rol oynadıqlarını, eləcə də ölkələrimizarasında əlaqələrin inkişafına mühüm töhfələr verdiklərinisöyləyib.

Tahir Budaqov vurğulayıb ki, qarşılıqlı səfərlər dövlətlərarasıəməkdaşlığın dərinləşməsinə təkan verir. YAP Sədrinin müavini2014-cü ildə Prezident İlham Əliyevin Vyetnam SosialistRespublikasına dövlət səfərinin, 2015-ci ildə isə VyetnamPrezidenti Truonq Tan Sanqın Azərbaycana rəsmi səfərinin bukontekstdə xüsusi önəm daşıdığını bildirib.

YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, Yeni AzərbaycanPartiyasının hakim partiyalar olan Vyetnam Kommunist Partiyası(VKP) və Laos Xalq İnqilab Partiyası (LXİP) ilə əlaqələri möhkəmtəməllər üzərində inkişaf etməkdədir. O, 2022-ci ilin noyabrındaLXİP nümayəndə heyətinin Yeni Azərbaycan Partiyasının 30 illikyubiley tədbirində və Asiya Siyasi Partiyaları BeynəlxalqKonfransının (ICAPP) YAP-ın ev sahibliyi ilə keçirilən“Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusundaxüsusi konfransında iştirakının, eləcə də VKP nümayəndə heyətininICAPP-ın sözügedən xüsusi konfransına onlayn formatda qatılmasının,2022-ci il noyabrın 24-də ölkəmizə səfəri çərçivəsində VKPnümayəndə heyəti ilə keçirilən görüşün, həmçinin VKP-nin dəvəti iləYAP nümayəndə heyətinin 2023-cü il 19-24 noyabr tarixlərindəVyetnama səfərinin və bu çərçivədə partiyalar arasında əməkdaşlıqsazişinin imzalanmasının əhəmiyyətini xüsusi vurğulayıb. O qeydedib ki, YAP-ın həm VKP, həm də LXİP ilə imzaladığı əməkdaşlıqsazişindən irəli gələn vəzifələrin icra olunması qarşılıqlı faydalıişbirliyinin inkişafına xidmət edir.

Vyetnam nümayəndə heyətinin rəhbəri, Vyetnam-Azərbaycan DostluqAssosiasiyası sədrinin müavini, Vyetnam Sosialist RespublikasıElmlər Akademiyasının eksperti Fam Honq Kuan səmimi qəbula görətəşəkkür edərək Azərbaycana yenidən səfər etməkdən son dərəcəməmnun olduqlarını bildirib.

O, dostluq və tərəfdaşlıq əlaqələrinə malik olan Azərbaycan iləVyetnam arasında münasibətlərin yüksələn xətlə inkişafınınməmnunluq doğurduğunu söyləyib.

Ali təhsilini ölkəmizdə aldığını və Azərbaycan xalqının dostmünasibətini daim hiss etdiyini bildirən Fam Honq Kuanrespublikamızın uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Vyetnamnümayəndə heyətinin rəhbəri səfər çərçivəsində Şuşa və Füzulişəhərlərini ziyarət etdiklərini və işğaldan azad olunmuş ərazilərdəgenişmiqyaslı yenidənqurma işlərinin əyani şahidi olduqlarını qeydedib.

Laos nümayəndə heyətinin rəhbəri, Laos Xalq DemokratikRespublikasının energetika və mədənlər nazirinin müavini Sonqfatİntsavonq da Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib.O, səfər çərçivəsində keçirilən görüşlərin ölkələrarasımünasibətlərin inkişafına mühüm töhfə olacağını diqqətəçatdırıb.

Sonqfat İntsavonq Azərbaycan ilə Laos arasında müxtəlifsahələrdə mübadilələrin aparılmasının önəmindən bəhs edib vəölkələrarası əməkdaşlığı dərinləşdirmək üçün geniş potensialınmövcud olduğunu söyləyib.

S.İntsavonq Azərbaycanda ali təhsil aldığı illərin onun üçünunudulmaz və əlamətdar olduğunu qeyd edərək ölkəmizin qısa müddətərzində sürətli inkişaf yolu keçdiyini vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər bir sıra məsələlərdə müzakirə edilib.

Sonda qonaqlara hədiyyələr təqdim olunub və xatirə fotosuçəkdirilib.

YAP
YAP
YAP
YAP
YAP
YAP
YAP

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11965
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8594
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8389
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2342
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2068
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1888
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1764
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1497
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1143
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
930
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
727
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
528
Arda Gülər dayanmır, yenə fərqləndi -
465
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
423
Arda dubl etdi - VİDEO
371
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
368
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
362
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
360