AZ

U-19-un oyunlarının vaxtı bilindi

19 yaşadək futbolçulardan ibarət yığmanın Avropa çempionatının 2024/25 mövsümü üzrə seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

7-ci qrupda yer alan U-19 noyabrın 13-də İrlandiyanın, 16-da İslandiyanın, 19-da isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandalarıyla üz-üzə gələcək. Qeyd edək ki, qrup mərhələsinin görüşləri Moldovada keçiriləcək.

U-17-nin Avropa çempionatının seçmə mərhələsində Macarıstan, Yunanıstan və Rumıniya  ilə 6-cı qrupda mübarizə aparacağını da xəbər vermişdik. Hər iki yığmanın baş məşqçisinin püşkatma ilə bağlı fikirlərini nəzərinizə çatdırırıq:

İlham Yadullayev (U-17):
“Top komandalar olmasalar da , yaxşı rəqiblərdi. Artıq oyunlarını axtarırıq və baxırıq. Rumıniya və Macarıstan yaxşı komandalardı.  Hələlik Yunanıstan haqqında informasiyamız yoxdu. Yaxşı və möhkəm qrupdayıq. Əlimizdən gələn qədər hazırlaşıb nəticə əldə etməyə çalışacağıq”.


Elxan Abdullayev (U-19): 
“Qrupda İslandiya, İrlandiya kimi güc futboluna üstünlük verən rəqiblər var. Zəif qrup deyil. Moldova da təxminən bizim səviyyədə olan komandadı. Yaxın vaxtlarda artıq rəqibləri təhlil etməyə başlayacağıq, güclü və zəif tərəflərini müəyyənləşdirmək üçün. Hələ ki əlimizdə onlar haqda o qədər də geniş informasiya yoxdu. Lakin vaxtımız var və qrupdakı komandaları ciddi şəkildə təhlil edəcəyik. Seçmə mərhələnin oyunlarına yaxşı hazırlaşıb, uğurlu nəticə göstərmək istəyirik”.


ƏSƏD SEYİDOV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
football-plus.az

1Mənbələr